Tənəffüs çatışmazlığından əziyyət çəkən şəhid oğlu imkanlı şəxslərdən yardım istəyir. Eurasia Diary xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Mehdiyev Elxan Elman oğlu 2004-cu ildə hərbi xidmətə yollandıqdan sonra vərəmə yoluxub. Əsgərliyi başa vurmasına 6 ay qalmış isə xidmətə yararsız hesab edilib. Hava balonlarının ümidinə qalan şəhid oğlu dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, ona yardım əlini uzadan olmadığını deyir. Səhhəti günü-gündən pisləşən E.Mehdiyev müalicəsinin Türkiyədə mümkün olduğunu bildirib.
Qeyd edək ki, E.Mehdiyev anası, oğlu, bacısı və onun uşaqları ilə birgə Tərtərin Təzəkənd kəndində torpaq evdə yaşayır. Evin rütubətli olması isə vərəm xəstəsinin vəziyyətinin günü-gündən pisləşməsinə səbəb olub. Dəfələrlə mətbuat vasitəsi ilə müvafiq orqanlara müraciət etsələr də, Mehdiyevlər ailəsinin bu dərdinə də əlac olan tapılmayıb. E.Mehdiyev Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, aidiyyatı qurumlara və imkanlı şəxslərə müraciət edərək yardım istəyib.
Yardım etmək istəyənlərin nəzərinə! Elxan Mehdiyev ilə əlaqə nömrəsi: (055) 343 59 52