Londonda Azərbaycan məktəbi açılır | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Londonda Azərbaycan məktəbi açılır

Cəmiyyət A- A A+

Londonda Azərbaycan dilində tədris verən “Bilik” məktəbi fəaliyyətə başlayacaq. 

Eurasia Diary xəbər verir ki, “Bilik” məktəbinin əsas məqsədi Vətəndən uzaq olan həmvətənlərimizə dəstək olmaq, Azərbaycan dilini, mədəniyyətini və adət-ənənələrini aşılamaqdır. 

Qeyd edək ki, “Bilik” məktəbi Londonda fəaliyyət göstərən "Znaniye" əlavə təhsil məktəblərinin birgə təşəbbüsü ilə yaradılıb. Məktəbin açılışı 6 oktyabrda olacaq. 4 yaşından etibarən uşaqlar məktəbə yazıla biləcək. Dərslər həftənin bazar günü keçiriləcək.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...