"Dünyanın çox ölkəsində olmuşam, Özbəkistandan gözəlini görməmişəm" Qənirə Paşayeva

Cəmiyyət 18:02 11.10.2019
Özbəkistan mədəniyyətinin tanınmış simaları Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələrlə görüş keçiriblər.
 
Eurasia Diary xəbər verir ki, bir neçə gündür ölkəmizdə qonaq olan Özbəkistan mədəniyyətinin tanınmış simaları Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələrlə görüş keçiriblər. Paralel olaraq, tədbirdə görkəmli alim, professor Babaxan Şərifin 70 illik yubileyi qeyd olunub.
 
Tədbiri giriş sözü ilə universitetin rektoru Cəfər Cəfərov açdı. O, qonaqları və iştirakçıları salamladı. Daha sonra rektor qonaqları iştirakçılara təqdim etdi:" Bizim bu salonda görkəmli şəxsiyyətlərlə tez-tez görüşümüz olur. Bu gün xüsusi bir gündür. Çünki özbək mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə etmişik. Bu gənclər ölkəmizin gələcəyidir. Onların hansı nuru necə alacağından çox şey asılıdır. Siz tələbləri salamlayıram".
 
Daha sonra söz millət vəkili Qənirə Paşayeva verildi: "Özbəkistan qardaş ölkədir. Orada yaşayanlar da bizimkilərdir. Bir müddət öncə orada səfərdə oldum. Deyirdim ki, öz vətənimdən vətənimə gəlmişəm. Sizlər də öz vətəninizdən vətəninizə gəlmisiniz. Bu universitetdə olmaqdan məmnunam. Cəfər müəllim, sizə təşəkkür edirik. Bu ali məktəbin nüfuzunu daha da artırdınız. Allah uğurlarınızı daha da çox etsin. Müəllimlik ən müqəddəs , şərəfli peşədir. Siz müəllimləri salamlayıram. Əziz gənclər, bizim üçün Azərbaycandan şərəfli heç nə yoxdur. Müstəqilliyimiz bizim üçün çox önəmlidir. 10 milyon üçün deyil, 50 milyondan çox insan üçün Azərbaycan böyük önəm daşıyır. Biz dünyada çoxuq. Biz bir olsaq, daha güclü olarıq. O zaman türk dövlətləri yarananda birliyimizi daha yaxından hiss edirdik. Vaxtı ilə problemlərimiz yarananda türk dövlətləri birlikdə olsaydılar, bu problemləri yaşamazadıq. Şükürlər olsun ki, bu günə gəlib çıxdıq. İnanıram ki, birliyimiz daha da möhkəmlənəcək. Sadəcə, bu birliyin altını doldurmaq lazımdır. Bu toplantını çox önəmli hesab edirəm. Çünki gələcəyimiz sizlərsiniz".
 
Deputat Azərbaycan-Özbəkistan münasıbətlərindən də danışdı: "Dünyanın yüzdə 80 faiz dövlətində olmuşam. Özbəkistandan gözəlini görməmişəm. Qardaş dövlətləri görməyə çalışın öncəliklə can atın. Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan münasibətlərinin artmasl türk dünyası üçün çox vacibdir. Sevincimizi, kədərimizi bölüşməliyik. Gənclər, siz bizdən daha vacib missiyanı daşıdığınızı unutmayın. Öncəliklə yaxşı oxumaq əsas missiyanız olmalıdır. Bu bizim üçün çox önəmlidir. Evimdə və ofisimizdə qədimdən indiyə qədər olan xəritələrimizi saxlayıram. Sizlər də belə edin. Bu sizə güc verəcək. Yaxud da bir şəhidin fotosunu evinizdən asın və hər gün onun gözlərinin içinə baxın. O gözlər sizə çox şeyi deyəcək. "Maşın-Şou"ya baxan gənc nə düşünə bilər? Bu verilişin nə önəmi var? Hələ bilmirəm ki, o veriliş nə deməkdir. Biri əlini qoydu, digəri götürdü, anlamı var? Türk dünyasından bəhs edən filmlərə, seriallara baxın. O zaman o dövlətləri daha yaxından öyrənəcəksiniz. Bu tədbirdən çıxanda bu barədə yaxşı düşünün. Siz çox şeyi dəyişə bilərsiniz. Hər birimiz üçün ən böyük arzu işğal altında olan torpaqlarımızın azad edilməsidir. Xankəndinə bayraq asmağımız da türk dünyasının birliyindən keçir. Babaxan Şərifin yubileyini sonda bir daha təbrik edirəm. Hər birinizə təşəkkür edirəm".
 
B.Şərif çıxışında bunları dedi: "Dərs saatlarını qoyub burada iştirak edən sizlərə təşəkkür edirəm. Cəmiyyətin iki gözü var, müəllim və yazar. Vətəni, milləti sevməyi bizə müəllim öyrədir. Əgər müəllim yoxdursa, millət yoxdur. Müəllimləri sayğı ilə anmaqdan qürur duyuram. Ulu Nizami, Füzuli, Nəsimi, Nəvai kimilər bizə nə verib? İlk olaraq türk ruhunu verib. Tarixini və ədəbiyyatını hər bir insan bilməlidir. Qardaşlar arasında hər zaman problemlər yarana bilər. Ortada sevgi varsa, bu problemlər aradan qalxır. Azərbaycan-Özbəkistan münasibətləri belədir. Bütün sahələr üzrə münasibətlırimiz çox yaxşıdır.
 
Çox danışa bilərəm. Hər birinizi bağrıma basmaq istəyirəm, amma mümkün deyil. Onun üçün də bayrağınızı öpürəm".
B.Şərifin bayrağımızı öpməsi zalda gur alqışlarla qarşılandı. Daha sonra qonaq "Azərbahavca-özbəkcə" və "Özbəkcə-Azərbaycanca" lüğəti APU rektoruna təqdim etdi.
 
Ardınca söz "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyət Rüstəmə verildi. O, hər kəsi salamladı və Q.Paşayeva başda olmaqla hər kəsə təşəkkür etdi.
 
Tarix institutunun fəxri doktoru Şöhrət Barlas müəllimlərin hər bir xalq üçün olan önəminə xüsusi yer ayırdı.
Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov dedi:" Bu gözəl tədbirimizin təşkili çox yerinə düşdü. Çünki önəmli tarixi günlər ərəfəsinə təsadüf edir. Son 3 gündə olduqca önəmli tədbirlər keçirdik. Onların hər biri möhtəşəm idi. Bu tədbirlərdə tarixi layihələrə imza atdıq. İki ölkənin dilindən ibarət 30 min söz olan lüğət tərtib etdik. Bu tarixdə ilk idi. Nizaminin "Xəmsə"si özbək dilinə tərcümə edildi və bununla bağlı da böyük bir tədbir keçirdik. Mən Nizamini ədəbiyyatımızın zirvəsi hesab edirəm. Ölkələrarası əlaqələrə gəldikdə, bu əlaqələrdən qürurlanırıq. Özbəkistan Əmir Teymurun ölkəsidir. Hər daşında tarix yatır. Hər birinizi Özbəkistanla əlaqələrə önəm verməyə çağırıram. Dost dar gündə tanınar. Özbəklər belədir. Gələcəyimiz olan soz gənclər qarşısında çıxış etməkdən qürur duyuram. Cənab rektor, sizə də təşəkkür edirik. Rəhbərliyiniz altında bu universitet çox inkişaf edib. Azərbaycan-Özbəkistanın gələcəyinin gözəl, abad, müstəqil görməyi arzu edirəm:"
 
Atatürk mərkəzinin şöbə müdiri Əkbər Qoşalı da çıxış edərək, Azərbaycanın yenidən Özbəkistan, türk dünyası abı-havasına girdiyini söylədi:" Bura ən çox çıxış üçün çıxmaqda məqsədim bayrağımızı öpən Babaxan Şərifin əllərindən öpməkdir".
Ə.Qoşalının bu sözləri və yubilyarın əllərindən öpməsi zalı alqışlara bürüdü.
 
Digər çıxışçılar da Azərbaycan-Özbəkistan münasibətlərinin hər iki ölkə , xüsusilə, türk dünyası üçün vacibliyindən söz açdılar.
 
Sonda qonaqlar təltif edildi, tələbələr qonaqlara gül dəstləri verdilər.
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
Hamısı