Bursada biznes mərkəzinin 13-cü mərtəbəsinə qalxan 54 yaşlı azərbaycanlı Elmira M. özünü pəncərədən ataraq həyatına son qoyub.
Eurasia Diary türk mətbuatına istinadən bildirir ki, hadisə günorta saatlarında Osmanqazi mahalı Doğanbəy məhəlləsində 13 mərtəbəli iş mərkəzində baş verib. Liftə minən qadın yuxarı mərtəbəyə qalxıb. O,13-cü mərtəbədəki pəncərələrdən birini açaraq özünü atıb.
Məlumata görə, qadını görənlər dərhal təcili tibbi yardım və polisə məlumat veriblər. Hadisə yerinə cəlb olunan tibb işçiləri qadının həyatını itirdiyini bildiriblər. Polis əməkdaşları Elmira M.-in cibindən Azərbaycan dilində yazılan məktub aşkar ediblər.
Faktla bağlı cinayət işi başlanıb. (virtualaz.org)