Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


Bu gün “28 May”a gedən bütün prospekt və küçələr bağlanacaq

Cəmiyyət A- A A+

Bu gün oktyabrın 19-da metronun “28 May” stansiyasına gedən bütün prospekt və küçələr saat 12.00-dan 18.00-a qədər bağlanacaq. Söhbət o cümlədən şəhərin ən uzun və nəqliyyatın, piyadaların hərəkətinin intensiv olduğu “Azadlıq” prospektindən və ona birləşən küçələrdən gedir.

Eurasia Diary xəbər verir ki, məlumat "virtualaz.org"a hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən daxil olub.

Məlumatda bildirilir ki, Bakı Metropoliteni də qatarların hərəkət istiqamətində dəyişiklik edib və bu dəyişikliyə əsasən qatarlar “28 May” stansiyasında dayanmayacaq, stansiyanın “Cəfər Cabbarlı” və “Azadlıq prospekti” girişləri də bağlı olacaq. Bu tədbirlər Milli Şuranın təyin etdiyi icazəsiz aksiya ilə əlaqəlidir və Daxili İşlər Nazirliyi qanunsuz aksiyanın qarşısının alınması zamanı insanların təhlükəsizliyinin təmin edilməsi üçün belə radikal tədbirlərə əl atıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...