Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

Cəmiyyət A- A A+

2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb.

Eurasia Diary-nin Təhsil Nazirliyinə istinadən xəbərinə görə, ölkələr üzrə əcnəbi tələbələr sırasında ilk yeri Türkiyə tutur.

Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin sayı 2175 nəfər olub.

Bundan əlavə, Azərbaycanda təhsil alan əcnəbi tələbələr sırasında İran (809), Rusiya (635), Gürcüstan (591), İraq (420), Pakistan (196), Türkmənistan (178), Banqladeş (153), Çin (104), Nigeriya (91), Qazaxıstan (62), Suriya (60), Hindistan (58), Özbəkistan (45), İordaniya (37), Ukrayna (35), Şri Lanka (35), Fələstin (32), Əfqanıstan (28), ABŞ (26), Nepal (21), Yəmən (17), Koreya (17), Sudan (14) İsrail (14) və digər ölkələrin (151) vətəndaşları olub. 

Avstriya, Baham Adaları, San-Tome və Prinsipi, Bolqarıstan, Çexiya, Çili, Ekvador, Eritreya, İsveçrə, Keniya, Kolumbiya, Lesoto Krallığı, Liberiya, Litva, Liviya, Malayziya, Mavriki, Mavritaniya, Mərakeş və Tailanddan olan tələbələr də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...