Bakı-Qazax yolunda ağır qəza - yaralılar var | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Bakı-Qazax yolunda ağır qəza - yaralılar var

Cəmiyyət A- A A+

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, Goranboy rayon sakini 1977-ci il təvəllüdlü Rauf Nəbiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilini içərisində mişar daşı olan, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəcəf Bayramovun idarə etdiyi “KamAZ” markalı yük maşınının qoşqusuna çırpıb.

Qəzada minik avtomobilinin sürücüsü və iki sərnişini (bir uşaq və bir qadın) xəsarət alıb. R.Nəbiyevə hadisə yerində ambulator yardım göstərilib.

Xəsarət alan sərnişinlər isə Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...