Ağdamda Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.
Eurasia Diary-nin "apa"ya istinadən xəbərinə görə, Təhsil və Müdafiə nazirlikləri, eyni zamanda Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.