“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


“UNEC Tələbə Teatrı” Türkiyədə səhnəyə çıxacaq

Cəmiyyət A- A A+

“Nəsimi ili”nə Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) maraqlı töhfə var.

Eurasia Diary xəbər verir ki, Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə UNEC Yaradıcılıq Mərkəzi “Nəsimi” tamaşasını hazırlayıb. “UNEC Tələbə Teatrı”nın səhnələşdirdiyi tamaşa dahi şair-filosofun həyat və yaradıcılığını müxtəlif baxışlardan əks etdirir. UNEC-in və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Nəsimi” tamaşası sözügedən ölkədə nümayiş etdiriləcək. Tamaşa dekabrın 10-da Ankara şəhərində, Neşet Ertaş Sənət və Nümayiş Mərkəzində təqdim olunacaq.

Qeyd edək ki, hazırda tamaşanın son məşqləri gedir. Tamaşada 13 tələbə-aktyor rol alıb. Ümumilikdə UNEC-in 18 nəfərdən ibarət heyəti dekabrın 9-da Türkiyəyə yola düşəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...