Aeroport yolunda qəza - Tıxac yarandı | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Aeroport yolunda qəza - Tıxac yarandı

Cəmiyyət A- A A+
Paytaxtın Suraxanı rayonunda baş verən zəncirvari qəza tıxaca səbəb olub.
 
Eurasia Diary xəbər verir ki, hadisə səhər saatlarında Aeroport yolu istiqamətində qeydə alınıb. 
 
İlkin məlumata görə, yağışlı hava şəraiti ilə əlaqədar Mərdəkan istiqamətində hərəkət edən avtomobillərdən üçü toqquşub. 
 
Zəncirvari qəza “Jeep”, “Opel” və “Saipa” markalı minik maşınlarına ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralananlar olmayıb. Hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb edilib.
 
Qəza nəticəsində Aeroport yolunda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...