Qarlı hava üzündən avtomobillər yolda qalıblar | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Qarlı hava üzündən avtomobillər yolda qalıblar

Cəmiyyət A- A A+

Gecə saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunda sürücülər çətin anlar yaşayıb.

Şaxtalı hava səbəbindən magistral yolun bir hissəsi buz bağlayıb.

Buzlu yolda hərkət edə bilməyən avtomobillər yolda qalıb. Sürücülərin köməyinə ərazidə xidmət göstərən polis əmkdaşları gəlib. Bir müddət sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub .

Yola qum-duz qarışığı səpilib və avtomobillərin hərəkət bərpa olunub. Şaxtalı və qarlı hava səbəbindən sözü gedən yoldan sürücülərin, əsasən də gecə saatlarında istifadə etməməsi tövsiyə olunur. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...