Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib | Eurasia Diary - ednews.net

23 Fevral,


Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Cəmiyyət A- A A+

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Eurasia Diary-nin məlumatına görə, mətndə deyilir

 "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm". (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...