Sahil Babayev yeni əmr imzalayıb

Cəmiyyət 15:51 17.02.2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradılıb.

Bu barədə Eurasia Diary-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirəcək.

Habelə ilkin mərhələdə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi yerinə yetirəcək.

Məhkəmə Mübahisələri ilə İş İdarəsi isə Fondun Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələrini və 1 saylı Bakı şəhər Ərazi şöbəsini məhkəmələrdə cavabdeh, iddiaçı və üçüncü şəxs qismində iştirak etdikləri işlər üzrə təmsil edəcək».

“Nazirliyin əmri ilə həmçinin Fondun Bakı şəhər İdarəsi Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi adlandırılıb. Bu idarə DSMF-nin şəhər və rayon şöbələri üzrə sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta və fərdi uçot məqsədləri üçün uçotunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edəcək.

Bu struktur islahatı DSMF-nin yerli orqanlarının fəaliyyətinin və xərclərinin optimallaşdırlmasına, habelə idarəetmənin təkmilləşdirilməsinə, əhaliyə xidmətlərin keyfiyyətinin və operativliyinin artırılmasına xidmət edir”,-deyə məlumatda qeyd edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı