Peşə təhsili və təlimi sahəsində "Estoniya təcrübəsinin öyrənilməsi" səfəri başa çatıb | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Peşə təhsili və təlimi sahəsində "Estoniya təcrübəsinin öyrənilməsi" səfəri başa çatıb

Cəmiyyət A- A A+
Peşə təhsili və təlimi sahəsində Avropa İttifaqının maliyyələşdirdiyi Estoniya təcrübəsinin öyrənilməsi səfəri başa çatıb.
 
Peşə Təhsili üzrə Dövlət Agentliyi, özəl sektordan “Woodpecker” şirkətinin direktoru, Cəlilabad Peşə Təhsil Mərkəzinin mühəndis – pedaqoqları, özəl sektordan şirkət rəhbərləri, eləcə də BMT-nin İnkişaf Proqramı nümayəndələrinin Estoniya Respublikasına birhəftəlik işgüzar səfəri başa çatıb. 
 
Səfərin əsas məqsədi Estoniyada peşə təhsili elementlərinin tətbiqi ilə tanışlıq və ümumilikdə, peşə təhsili sahəsində ölkənin qabaqcıl təcrübəsinin öyrənilməsi olub. Nümayəndə heyəti Tallində yerləşən İnnove Fondu, Estoniyanın  Ali və Peşə Təhsili üzrə  Keyfiyyət Agentliyində ölkənin peşə təhsil sistemi, maliyyələşdirilməsi mexanimzləri, müsbət rəqabətliliyin tətbiqi, beynəlxalq səviyyədə əməkdaşlığı və son illər ərzində olan sahə yenilikləri ilə tanış olublar.
 
Səfər çərçivəsində nümayədələr Virumaa Peşə Təhsil Mərkəzi, Tallin Xidmət Məktəbi, Tartu Peşə Təhsili Mərkəzi, Viljandi Peşə Mərkəzi, Olustvere Xidmət və Kənd İqtisadiyyatı Məktəbinə baş çəkib, tikinti, mebel, qaynaq, kənd təsərrüfatı, keramika, tikiş və əl işləri, avtomobil və digər istiqamətlər üzrə tədris prosesini yaxından izləyib, mərkəzlərin idarə heyəti ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.  Qeyd olunmalıdır ki, Estoniyada tədris prosesi tam olaraq rəqəmsallaşdırıb və təhsil müəssisələri özəl sektorla yaxından əməkdaşlıq edir. 
 
Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin  İnkişaf Proqramının icra etdiyi  “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” layihəsi çərçivəsində həyata keçirilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...