Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin koronavirus dövründəki fəaliyyətinə dair tövsiyələri

Cəmiyyət 22:36 23.03.2020

Dünyada koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr özlərinin fəaliyyət istiqamətlərində ciddi dəyişikliklər edirlər. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrində də bununla bağlı çoxsaylı məsələlər əksini tapır. Ümumən həyata keçirilməkdə olan məhdudlaşdırıcı tədbirlər virusun daha geniş şəkildə yayılmasının qarşısının alınması, itkiləri minimallaşdırmaq məqsədi daşıyır. Belə bir durumda media da özünün iş prinsiplərini koronavirusla mübarizəyə səfərbər etməlidir. Təqdirəlayiq haldır ki,  ölkəmizin kütləvi informasiya vasitələri fəaliyyətlərini mövcud reallığı dərk edərək qururlar. Azərbaycan Mətbuat Şurası bunu yüksək qiymətləndirməklə yanaşı, media orqanlarımızın işinin daha səmərəli şəkildə təşkili üçün aşağıdakı tövsiyələri irəli sürür; 

- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri, gigiyena qaydalarını təbliğ etmək, mövcud istiqamətdəki yenilikləri diqqətdə saxlamaq;

- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilmiş tövsiyə və tələbləri təbliğ etmək, dünyada mövcud istiqamətdəki reallıqları nəzərə almaq;

- Cəmiyyətə mərhəmət, xeyirxahqlıq kimi nəcib hissləri, xalqımızın adət-ənənələrindən irəli gələn dəyərləri aşılamaq;

- Dövlətə, dövlət qurumlarına inam yaratmaq. Mövcud nöqsan və çatışmazlıqların təqdimatını dövlətə inamsızlıq, etibarsızlıq motivləri ilə izah etməmək;

- Dövlət qurumlarının, ayrı-ayrı idarə, müəssisə və təşkilatların xəstəlikdən qorunmaq üçün həyata keçirdikləri fəaliyyəti təbliğ etmək, biznes sturkturlarının, müxtəlif hüqiqi və fiziki şəxslərin, vətəndaşların üzləşdikləri maliyyə itkiləri və sair məhrumiyyətlərlə bağlı materialların hazırlanmasına həssas yanaşmaq, hər hansı panikaya yol verməmək, konkret faktlara istinad etmək, real tendensiyaları vurğulamaq;

- Materialların təqdimatında faktlara əsaslanmaq. Əldə edilmiş bilgiləri ciddi şəkildə araşdırmaq, onlara tənqidi yanaşmaq, rəsmi təsdiqə nail olmaq; 

- Cəmiyyətə obyektiv informasiya vermək zərurəti ilə insanlar içərisində qorxu yaradılması ehtimalı arasında balans yaratmaq. İnsanları sarsıdacaq məqamları qabartmamaqla obyektiv reallıqları önə çəkmək, daha çox koronavirusa qarşı mübarizə ruhu aşılamaq;

- Xarici mənbələrdən götürülmüş materialların təqdimatı zamanı onların həqiqətə uyğunluğuna ciddi diqqət yetirmək, müqayisəli və tənqidi yanaşmaq;

- Jurnalistlər bilməlidirlər ki, ümumən hazırkı durumda dünya üzrə koronavirusa yoluxma faizi ilə bağlı açıqlanmış rəqəmlər mövcud sahədəki vəziyyəti tam şəkildə dərk etmək, dəqiq mülahizə yürütmək üçün yetərli deyil. Buna görə də rəqəmlərə tənqidi və müqayisəli yanaşmaq şərtdir;

- Sahə üzrə ixtisaslaşmış ekspertlərə müraciət olunması. Dövlət qurumlarının, səhiyyə təşkilatlarının, tibb təhsili ocaqlarının mütəxəssislərinin rəylərinə istinad. Onların konkret mövzu üzrə mahiyyətə uyğun şəkildə biliklərini bölüşmələrinə şərait yaratmaq. Ekspertlərin fikirlərinə tənqidi və müqayisəli yanaşmaq; 

- Müsahib ekspertlərin nə demək istədiklərini dəqiq şəkildə anlamaq. Həqiqətləri müəyyənləşdirmək üçün ilk baxışdan hətta sadə görünən sualların verilməsindən çəkinməmək;

- Materialların təqdimatında terminlərdən düzgün istifadə etmək, xəbərlərdə şərhlər verməmək, zəruri hallarda şərhi xəbərdən ayırmaq;

- Mövzuya dair materialların təqdimatında mövcud qanunlara, qaydalara riayət etmək, insan hüquq və azadlıqlarının qorunmasının vacibliyi prinsipinə əməl etmək;

- Materialların təqdimatında ksenofobiya və rasizm elementlərindən uzaq durmaq. Hansısa ərazini koronavirusun yayıldığı bölgə kimi qabartmaqla həmin ərazinin insanının bəşəriyyət üçün təhlükə yaratdığına dair rəy formalaşdırmamaq;

- Xəstəliklə bağlı materialların təqdimatında foto görüntülərin seçiminə diqqətlə yanaşmaq. Bu baxımdan Asiya mənşəli şəxslərin, əsasən də çinlilərin görüntülərini koronavirusla assosiaya etməkdən uzaq durmaq;

- İllüstrasiyalarla manipulyasiyadan, sensasiyon təqdimatlardan uzaq durmaq, sosial şəbəkələrdə yayılmış fikirlərin informasiya dəyərini ciddi şəkildə yoxlamaq; 

- Xəstəliyə tutulmuş insanların adlarını çəkməmək, onlar haqqındakı konkret faktları təqdim etməmək. Xəstəliyə yoluxmuş insan vəzifəli, fəaliyyəti ictimai əhəmiyyət daşıyan şəxsdirsə, bununla bağlı materialların təqdimatına həssas yanaşmaq, klişelərdən, interpretasiyalardan uzaq durmaq;

- Xəstəliyin profilaktikası, müalicəsi və müayinəsi ilə bağlı məsələlərin təqdimatına həssas yanaşmaq, bu zaman konkret məqamları önə çəkmək, tibbin və səhiyyənin prioritet seçmədiyi məsələləri irəli sürməmək;

- Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərin koronavirusdan qorunmaq üçün təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etmələri vacibdir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Hamısı