Azərbaycanda daha 27 nəfərdə koronavirusa yoluxma qeydə alınıb | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Azərbaycanda daha 27 nəfərdə koronavirusa yoluxma qeydə alınıb

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,  digərlərinin səhhəti isə  stabildir.

Bu barədə "EDNews"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...