Azərbaycanda daha 63 nəfər koronavirus infeksiyasına yoluxub | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Azərbaycanda daha 63 nəfər koronavirus infeksiyasına yoluxub

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə EdNews-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat daxil olub.

Məlumatda bildirilir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...