Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb

Cəmiyyət A- A A+

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

EdNews Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi saytında olan məlumta istinadən xəbər verir ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan "online müracət" bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, "İstiqamət" bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər", "Xidmət növü" bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması" bölmələrini seçməklə həyata keçirilir.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...