"Zəfər Tağı"ndan keçirilən yeganə azərbaycanlı Azərbaycanın müstəqilliyini dünyaya qəbul etdirən Topçubaşov

Cəmiyyət 18:42 04.05.2020

4 may Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun (1865-1934) doğum günüdür. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan görkəmli dövlət xadimlərindən biri olan Əlimərdan bəy Topçubaşov Tiflsidə anadan olub. Hərbçi ailəsində dünyaya gəlib və Topçubaşov soyadı da buradan gəlir.

Zərdabinin kürəkəni və parlament sədri

Əlimərdan bəy Topçubaşov atasını uşaqkən itirib və onu nənəsi böyüdüb. Tiflis gimnaziyasını əla qiymətlərlə bitirib. 1888-ci ildə Əlimərdan bəy yenə də əla qiymətlərlə Sankt-Peterburq Universitetinin hüquq fakültəsindən məzun olub. O, universitet diplomunu aldıqdan sonra vətənə qayıdaraq vəkil və hakim kimi fəaliyyət göstərmişdi. Topçubaşov həmçinin Tiflis Aqrar Məktəbində mühazirə oxuyurdu. Əlimərdan bəy 1893-cü ildə Həsən bəy Zərdabinin qızı Pəri xanımla evlənib. Ailədə üç oğlan və iki qız dünyaya gəlib.

Soydaşlarının müdafiəçisi

Topçubaşov vəkil kimi Qafqaz məhkəmələrində öz soydaşlarının hüquqlarını müdafiə edirdi. 1894-cü ildə Əlimərdan bəy ailəsi ilə birlikdə Bakıya köçdü və dörd il sonra “Kaspi” qəzetinin baş redaktoru oldu. Onu bu vəzifəyə qəzetin sahibliyini yenicə almış xeyriyyəçi-milyonçu Hacı Zeynalabdın Tağıyev dəvət etmişdi. Topçubaşov “Kaspi”ni vətənpərvərlik, vətəndaş və milli hüquqlar tribunasına çevirərək, mədəniyyət və təhsil sahələrində islahatlar tələbi ilə çıxış edirdi. Həsən bəy Zərdabi, Əli bəy Hüseyn oğlu Hüseyzadə, Əhməd bəy Ağayev də “Kaspi” qəzetində məqalələr yazırdılar.

Parlamentdə türklərin səsi

Topçubaşov Ümumrusiya Müsəlman Hərəkatının, Rusiya Dövlət Dumasının (1905-1917-ci illərdə Rusiya imperiyasında məhdud səlahiyyətlərə malik parlament) üzvü idi.O, Kadet Partiyasının üzvü idi və 1-ci Dumaya 1905-ci ildə Bakı dairəsindən seçilmişdi. Kadetlər konstitusiyalı demokratlar da adlandırılırdılar və Rusiyada konstitusiyalı monarxiyanın bərqərar edilməsinə çalışırdılar. Topçubaşov Dumada müsəlman fraksiyasının üzvü idi. Beləliklə o, təkcə azərbaycanlıların deyil, Krım tatarlarından tutmuş Orta Asiyanın türkmənlərinədək bütün Rusiya müsəlmanlarının güvəndiyi şəxs idi.

Müstəqillik carçısı

1917-ci il inqilablarından sonra Topçubaşov Sankt-Peterburqdan Qafqaza qayıtdı. Bakıda erməni daşnaklar və bolşeviklər tərəfindən törədilmiş türk qırğınından sonra müstəqillik çağırışları daha güclü eşidilirdi. Dövlət Dumasının Qafqazdan olan üzvləri Tiflisdə Zaqafqaziya Seymini yaratdılar. Cənubi Qafqazın bu ilk parlamentinin ömrü cəmi bir ay oldu. Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və Məhəmməd Əmin Rəsulzadə birlikdə həmin il mayın 28-də Azərbaycan Respublikasının müstəqillik haqqında bəyannaməsini elan etdilər. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.

Gecikmiş danışıqlar

Bundan sonra Azərbaycanın müstəqil ölkə kimi dünyada tanıdılması prosesi başladı. Topçubaşov ilk növbədə Osmanlı hökuməti ilə danışıqlara aparırdı. 1918-ci ilin sentyabrında bu məqsədlə İstanbula gedən Azərbaycan nümayəndə heyətinin tərkibində Topşubaşov da vardı. Azərbaycan nümayəndə heyəti həmçinin Paris Sülh Konfransında iştirak etməyi qərara aldı. Topçubaşovun iki oğlu da katib qismində nümayəndə heyətinin tərkibində idi və Azərbaycan xalqının maraqlarının müdafiəsində atalarına kömək etməli idilər. 3 Qafqaz respublikasının nümayəndələrinin hamısı İstanbulda idi, çünki Parisə getmək üçün viza burada almalıydı. 1919-cu ilin qışında Gürcüstan və Ermənistan nümayəndələri Fransaya viza aldı və Parisə getdi. Onlar Parisin diplomatik çevrələrində güclü təbliğat işinə başlamışdılar. Hər iki ölkə iddia etdikləri ərazilərin xəritəsini də hazırlamışdılar.

Topçubaşovun qələbəsi

Azərbaycan nümayəndələrinə isə İstanbula nəzarət edən Britaniya və Fransa qüvvələri tərəfindən problem yaradılırdı. Onlardan bəziləri həbs edilmiş və onlara viza verilməsindən imtina olunmuşdu. Topçubaşov və komandası yalnız 1919-cu ilin aprelində Parisə gedə bildi. Dərhal da Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün danışqılara başladı. Topçubaşov Azərbaycanın müstəqilliyinin tanınması uğrunda Parisdə gərgin mübarizə aparırdı. Hətta Amerika Prezidenti Vilson və Müttəfiqlərin rəhbərləri ilə də görüşmüşdü. Əvvəlcə Müttfəqilər tanınmaq məsələsini yaxına buraxmırdılar, çünki hələ də Rusiyada Ağ ordunun bolşeviklərə qalib gələcəyinə ümid edirdilər. Müttəfiqlər Avropa və Yaxın Şərqin müxtəlif ərazi məsələlərinin müzakirə və həll olunduğu səkkiz ay ərzində Azərbaycan nümayəndələrinə ölkələrinin tanınması üçün heç bir ümid vermədilər. Yalnız 1920-ci ilin yanvarında Müttəfiqlər başa düşdülər ki, bolşeviklər vətəndaş müharibəsindən qalib çıxacaqlar. Onlar həmin andan mövqelərini dəyişərək, Azərbaycan və Gürcüstanı de- fakto tanıdılar. Bunda 1919-cu ilin mayından bəri Parisdə olan Topçubaşov və onun komandasının həlledici rolu olmuşdu.

Mühacirətdə bitən ömün

Lakin 1920-ci ilin 28 aprelində rus ordusu Azərbaycanın müstəqilliyinə son qoydu. Milli hökumətin üzvləri Azərbaycanı tərk etməyə məcbur qaldı. Məhəmməd Əmin Rəsulzadə Avropada və Türkiyədə Azərbaycan Milli Mərkəzi adı altında mühacir təşkilatı yaratdı. Əlimərdan bəy Topçubaşov da bu təşkilata qoşularaq Rəsulzadə ilə birlikdə ölkəmizin müstəqilliyi uğrunda mübarizəni davam etdirdi.

1934-cü il noyabr ayının 5-də Əlimərdan bəy keçirdiyi ağır iflic nəticəsində həyatla vidalaşmalı oldu. Topçubaşovun cənazəsi minlərlə insanın müşayiəti ilə Parisin məşhur "Zəfər Tağı" qapısından keçirildi. Fransada "Zəfər Tağı"ndan yalnız dünyamiqyaslı siyasi, ictimai xadimlər son mənzilə yola salınırdılar. Bu baxımdan, Topçubaşov cənazəsi "Zəfər Tağı"ndan keçirilərək dəfn edilən yeganə azərbaycanlıdır. Əlimərdan bət Topçubaşovun dəfn mərasimində Məmməd Əmin Rəsulzadə də iştirak etmişdi.(cebhe.info)

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı