BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai vebinarda çıxış etdi

Cəmiyyət 16:27 27.05.2020

Xəbər verdiyimiz kimi, ötən həftə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “BMT yanında məşvərətçi status: QHT-lər üçün imkanlar və faydalar” mövzusunda vebinar müzakirələr keçirilib. 

Çıxışının əvvəlində qlobal problemlərin həllində müxtəlif maraqlı tərəflərin, vətəndaş cəmiyyəti qurumlarının BMT ilə birgə fəaliyyətinin vacibliyinə toxunan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai, həmçinin Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinə və komandasına belə bir vacib mövzuda növbəti tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib.

EDNews.net BMT-nin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Qulam İsakzainin çıxışının tam mətnini sizlərə təqdim edir: 

İlk öncə istərdim Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti cənab Umud Mirzəyevə öz təşəkkürümü bildirim. Eyni zamanda buradan bütün iştirakçılara, eləcə də yaxın dostum Azay Quliyevə salamlarımı və xoş sözlərimi çatdırmaq istəyirəm.

Mən həmçinin məmnunuğumu bildirmək istərdim ki, QHT-lərin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası-nın Məşvərətçi Statusunu əldə edə bilməsi və onun faydaları barədə bəhs etmək, həmçinin Azərbaycandakı QHT-ləri bu statusa üzv olmağa təşviq etmək üçün hamınız bu vebinarda iştirak edirsiniz.

Hörmətli Umud Mirzəyev, buna görə də mən Sizə və komandanıza bu təşəbbüs üçün təşəkkürümü bildirirəm. Bilirəm ki, siz hər il Azərbaycan cəmiyyətini və QHT-ləri BMT İqtisadi və Sosial Şurasının Məşvərətçi Statusuna qoşulmağa təşviq etməklə yanaşı, bu sahədə bir çox maarifləndirici işlər görürsünüz.

Dayanıqlı inkişaf üçün 2030 gündəliyinin iştirakçıları, dünyanın ən aktual problemlərini həll edən bir anlayışa əsaslanır və bu da vətəndaşlar, yerli, regional və milli hökumətlər, parlamentarilər, akademik səviyyəli cəmiyyət, özəl sektor və digər təbəqələrlə sıx əməkdaşlıq və tərəfdaşlığı tələb edir. 

2030 gündəliyinin daha qısa müddətdə həyata keçirilməsi üçün bu sahədə çox maraqlı olan tərəflərin cəlb edilməsinin əhəmiyyəti həmin gündəlik sənəddə qeyd edilmişdir. Bu əməkdaşlıq üçün DİM-in 17-ci və digər yeddi hədəfdə əsas götürülmüşdür. BMT-nin Azərbaycanda 2030 gündəliyinin həyata keçirilməsində maraqlı tərəflərin şəffaf iştirakına diqqət yetirilməsində əsas rolu vardır. Onu da qeyd etmək istərdim ki, vətəndaş cəmiyyətinin iştirakı üçün geniş şərait və mühit milli inkişaf deməkdir. 

Bu gün koronavirus təhlükəsi hələ də gündəmdədir və bu qlobal problemi həll etmək üçün hamımız bir araya gəlməliyik. BMT Azərbaycandakı növbəti 5 il üçün davamlı inkişaf proqramı hazırlamaq öhdəliyini üzərinə götürüb. Əməkdaşlıq çərçivəsi hökumət fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi üçün vacib bir vasitədir.

Xatırladım ki, bir çoxlarınız bu ilin 16-17 yanvar tarixlərində Bakıda BMT-nin növbəti 5 il üçün dəstəklədiyi strateji inkişaf prioritetini müəyyənləşdirmək üçün təşkil olunan seminarlarda iştirak etdiniz. Bu seminar, hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, alimləri və beynəlxalq tərəfdaşları bir araya gətirdi.

İştirak edib və töhfə verdiyinizə və əməkdaşlığımızı formalaşdırdığınıza görə hamınıza təşəkkür edirəm. BMT-nin bu təcrübəni davam etdirmək əzmində olduğunu da vurğulamaq istərdim. Hal-hazırda vətəndaş cəmiyyəti təşkilatının əlaqəsini gücləndirmək və növbəti əməkdaşlıq çərçivəsində monitorinq və qiymətləndirmənin həyata keçirilməsini dəstəkləmək üçün bir çox maraqlı tərəfdaşlığın inkişafı vəzifəsini yerinə yetiririk. Dövlət Statistika Komitəsi ilə DİM məlumat bazasının möhkəmləndirilməsi, az təminatlı qruplar və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqəni yaxşılaşdırmaq üçün bu sahədə fəaliyyət göstəririk.

Yekun olaraq, Vətəndaş Cəmiyyəti təşkilatının BMT ilə yaxın əlaqədə olmasının vacibliyini qeyd etmək istərdim. Azərbaycanın qeyri-hökumət təşkilatlarının İqtisadi və Sosial Şurası yanında Məşvərətçi Statusa sahib olması BMT-nin bir çox mühüm tədbirlərində iştirakı üçün inanılmaz bir fürsətdir. Məşvərətçi Status təkcə BMT iqtisadi və Sosial Şuranın deyil, həmçinin Baş Assambleyanın prezidenti tərəfindən təşkil edilən bir çox xüsusi tədbirlərə də qatılmaq imkanı verir. Buna görə də, qeyri-hökumət təşkilatlarının hamısını Məşvərətçi Statusunu əldə etməyə ciddi şəkildə dəvət edirəm.

Və nəhayət, hamınıza səmərəli bir vebinar arzulayıram və ümid edirəm ki, bu konfransın sonunda Azərbaycandakı QHT-lər BMT İqtisadi və Sosial Şurası yanında məşvərətçi statusu əldə etmək üçün təşkilatla daha sıx əməkdaşlıq edəcəkdir.

Bir daha təşəkkürümü bildirirəm. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Hamısı