Milli Məclisin vitse-spikeri qızıl ordenlə təltif olundu FOTO

Cəmiyyət 16:28 29.05.2020

Mayın 29-da Azərbaycan Kikboksinq Federasiyasının inzibati binasında təqdimat mərasimi keçirilib.

EDNews.net xəbər verir ki, mərasimdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən təsis olunmuş “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif olunub.
 
Mükafatı ictimai xadim Adil Əliyevə Beynəlxalq Elmlər Akademiyasının fəxri akademiki, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli təqdim edib.
 
Emil Nəsirli vurğulayıb ki, Adil Əliyev tanınmış ictimai-siyasi xadim olaraq vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, gənclər və idman sahəsində, respublikamızın beynəlxalq əlaqələrinin inkişafında, eləcə də digər mühüm sferalarda öz fəaliyyəti ilə böyük nüfuz qazanıb.
 
“Alicənablığı, sadəliyi, əzmkarlığı və xeyriyyəçiliyi ilə seçilən A.Əliyev, həm də beynəlxalq görüş və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir”, – deyə qeyd edən Emil Nəsirli bildirib ki, Adil Əliyev ölkə reallıqlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə beynəlxalq aləmə çatdırır.
 
A.Əliyevi Milli Məclisin sədr müavini təyin olunması münasibətilə bir daha “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi adından təbrik edən Emil Nəsirli çıxışına onu da əlavə edib ki, ictimai xadim Adil Əliyevin fəaliyyətinin əsas məqsədi Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsidir.
 
Milli Məclisin sədr müavini və Milli Məclisin Gənclər və idman komitəsinin sədri A.Əliyev “Azərbaycanın Qüruru” qızıl ordeninə layiq gördüklərinə görə jurnalın Redaksiya Şurasına və kollektivinə minnətdarlığını bildirib. Adil Əliyev fəaliyyətində Azərbaycanın iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş sosial strategiyası, ölkəmizin beynəlxalq məkanda mövqeyi, tarixi, mədəniyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər barəsində beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılması sahəsində bundan sonra da mühüm nailiyyətlərə imza atacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O bildirib ki, bütünlükdə, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, ölkəmizdə gənclər və idman siyasəti bundan sonra da uğurla həyata keçiriləcək.
 
“Rəhbərlik etdiyim həm Azərbaycan Kikboksinq Federasiyasının, həm də Milli Məclisin Gənclər və idman komitəsinin qarşısında duran əsas vəzifələrdən biri də gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən bütün fəaliyyət növlərinin istiqamətləndirilməsi, Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində milli proqramların həyata keçirilməsini təmin etməkdən ibarətdir” – deyə bildirən Adil Əliyev vurğulayıb ki, ötən dövrdə gənclər siyasəti, gənclərlə iş sahəsində və idman sahəsində bir sıra mühüm nəticələr əldə olunub. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Azərbaycan xalqının Ulu Öndərimizin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bir daha onu sübut edir ki, ölkəmiz daha böyük qələbə və uğurlara imza atacaq və ölkənin gələcək inkişafına öz töhfəsini verəcək.

Vitse-spiker qızıl ordenlə təltif olundu   - FOTO
Vitse-spiker qızıl ordenlə təltif olundu   - FOTO
Vitse-spiker qızıl ordenlə təltif olundu   - FOTO
Vitse-spiker qızıl ordenlə təltif olundu   - FOTO

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir"
07:47 04.07.2025
14 yaşlı yeniyetmə terrorçular siyahısına salındı
07:32 04.07.2025
Rusiya Əfqanıstandakı taliban hökümətini tanıdım
07:15 04.07.2025
Belçika SEPAH-ı terror təşkilatları siyahısına saldı
07:02 04.07.2025
Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Ukraynanın istifadə edəcəyi silahların pulunu Rusiya ödəyir"
04:29 04.07.2025
Kiyev bombalanır
03:17 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Hamısı