"Lider TV" müflis elan edilir - RƏSMİ | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


"Lider TV" müflis elan edilir - RƏSMİ

Cəmiyyət A- A A+

Bir müddət öncə işçilərinin əksəriyyətini məcburi məzuniyyətə göndərən və işdən çıxaran “Lider” televiziyasının müflis elan olunması üçün rəsmi prosedurlara başlanılıb.

"EDNews.net"in verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə "Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.

Nazirliyin müraciətinə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Lider TV-nin rəhbəri Ədalət Əliyevdir.(qafqazinfo)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...