Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb

Cəmiyyət 16:13 05.06.2020

Deputat Azay Quliyev Milli Məclisin bugünkü iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək bir sıra vacib məsələlərlə bağlı fikirlərini bildirib.

"EDNews.net"in məlumatına görə, Azay Quliyev əhalinin rifah halını yüksəltmək, sosial müdafiəsini gücləndirmək üçün fiziki şəxslərin problemli kreditləri ilə bağlı 639 milyon manat vəsaitin xərclənməsinin mühüm əhəmiyyəti olduğunu deyib. Deputat 11 min şəhid ailəsinə birdəfəlik müvainətin verilməsini də yüksək qiymətləndirdiyini vurğulayaraq hər iki ictimai əhəmiyyətli məsələnin həllinə görə cənab prezidentə təşəkkürünü bildirib.
Azay Quliyev iclasda, həmçinin, deputat seçildiyi 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin üzləşdiyi 3 problemli məsələ haqqında da danışıb. Deputat bildirib ki, 2019-cu ilin dövlət büdcəsində Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 41 saylı və Koroğlu Rəhimov küçəsi, ev 53a ünvanda yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binalarının sakinlərinin 30 kv.mə qədər olan mənzillərinin hər birinə görə 30 min manat, sahəsi 30 kv.m-dən yuxarı olan mənzillərin hər kvadrat metri üçün isə əlavə olaraq min manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilmişdir: “Lakin sonradan bəlli oldu ki, maddi yardımı hesablayan zaman 19 ailənin mülkiyyət hüququnu təsdiq edən bir çıxarış üzrə ayrı-ayrılıqda 2 mənzilin olması nəzərə alınmayıb, onlara yalnız bir mənzil üzrə maddi yardım təklif edilib. İndi həmin sakinlər bu vəsaiti almaqdan imtina edərək onların haqq etdiyi vəsaitin tam ödənilməsini tələb edirlər. Aidiyyəti qurumların hesablamalarına görə 19 ailəyə əlavə olaraq 455 min manat məbləğində maddi yardım ödənilməli və onlar qəzalı evlərdən köçürülməlidirlər. Lakin bu məsələ indiyə qədər öz həllini tapmayıb”. İki dəfə həmin binada olaraq oradakı acınacaqlı vəziyyətlə yerindəcə tanış olduğunu deyən Azay Quliyev binanın həqiqətən tam qəzalı vəziyyətə düşdüyünü və hər an arzuolunmaz hadisənin baş verə biləcəyini bildirib. Deputat Maliyyə Nazirliyindən xahiş edib ki, bu sakinlərə nəzərdə tutulan vəsaitin ödənişini sürətləndirsin ki, onların təcili köçürülməsi baş tutsun.

Azay Quliyev 7-ci mikrorayonda Fərman Məlikov və Kunanbayev küçələrində, 8-ci mikrorayonda Azadlıq prospekti, S.S.Axundov və Naxçıvani küçələrində 15 binanın təbii qazla təmin olunmaması ilə bağlı məsələni də diqqətə çatdırıb. Deputat bildirib ki, sovetlər dövründə layihələşdirilən həmin binalarda təbii qaz təchizatı sistemi nəzərdə tutulmayıb. Ona görə də bu tip binalarda sakinlər yalnız elektrik enerjisindən istifadə edə bilirlər ki, bu da onlar üçün ciddi maliyyə yükü yaradır: “Əvvəlki illərdə də həmin binaların qazlaşdırılması haqqında hökumətə müraciətlər edilsə də bu problem həllini tapmayıb. Ölkəmizdə qazlaşdırmanın genişləndirilməsi məqsədilə büdcədən Dövlət Neft Şirkətinə 389 milyon manat vəsait ayrılıb. Yerli icra strukturlarının verdiyi məlumata əsasən bu məsələnin həlli məqsədilə müvafiq investisiya proqramında müəyyən vəsait nəzərdə tutulsa da, onun icrası hələ də təmin edilməyib. Mən dünən bu məsələni “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri hörmətli Ruslan Əliyevlə bir daha müzakirə etdim və bəlli oldu ki, nəzərdə tutulan vəsaitin ayrılacağı təqdirdə bu problemin həlli mümkündür. Ona görə həm ARDNŞ, həm də digər aidiyyatı qurumlardan məsələnin həllinə köməklik etmələrini xahiş edirəm”.

Azay Quliyevin çıxışında toxunduğu üçüncü məsələ iki ildən çox müddətdə 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, 1 A ünvanında yerləşən və 26 mindən artıq sakinə xidmət edən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin texniki səbəbdən dayandırması ilə bağlı olub. Deputat bildirib ki, bu səbəbdən xeyli sayda insan tibbi xidmətdən istifadə etmək üçün çox böyük çətinliklə 9-cu mikrorayona getmək məcburiyyətində qalır: “Müvafiq qurumlar sakinlərə dəfələrlə söz verib ki, tibbi müəssisələrin maddi texniki bazasının gücləndirməsi üçün ayrılan vəsaitdən poliklinikanın təmiri üçün də vəsait ayrılacaq və bu problem 2019-cu ilin sonuna kimi həllini tapacaq. Lakin təəssüf ki, məsələ indiyə kimi həll olunmamış qalır. Mən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin bərpa edilməsi ilə bağlı TƏBİB-ə bu ilin mart ayında rəsmi məktubla müraciət etmişəm. Ancaq hamımız yaxşı başa düşürük ki, yeni yaradılan TƏBİB hazırda koronavirus pandemiyası ilə bağlı aparılan mübarizədə ön cəbhədə yer alıb və çox yaxşı da fəaliyyət göstərir. TƏBİB-in kollektivinə və bütün tibbi heyətə koronavirusla mübarizədə göstərdikləri fədakarlığa görə təşəkkür edirəm”.

Azay Quliyev ümid etdiyini bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB pandemiya ilə bağlı məsələlər səngiyən kimi, seçicilərimi ciddi şəkildə narahat bu problemin həllinə köməklik edəcək.

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı