Mədəniyyət Nazirliyinin rus qonağa qanunsuz ödəniş etdiyi üzə çıxıb | Eurasia Diary - ednews.net

7 İyul, Çərşənbə axşamı


Mədəniyyət Nazirliyinin rus qonağa qanunsuz ödəniş etdiyi üzə çıxıb

Cəmiyyət A- A A+

Mədəniyyət Nazirliyi tərəfindən Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib.

EDNews.net-in məlumatına görə, bu barədə məlumat Hesablama Palatasının 2020-ci il audit hesabatında yer alıb.

“Bağlanmış müqavilədə xüsusi hallar nəzərdə tutulmadığına görə Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar Rusiyanın Xalq artisti 5 ay 15 gün müddətində Bakı şəhərində olmadığı halda, onun bank hesabına 26 min 232 manat 30 qəpik, mənzilin kirayəsinə görə isə icraçıya 7 min 200 manat artıq vəsait ödənilib”, - deyə hesabatda qeyd edilib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...