Cənab General, çox yaşa!

Cəmiyyət 15:13 25.07.2020

Səhv etmirəmsə 2016-cı il idi. Monteneqrodakı Yunus Emre İnstitutunun direktoru böyük hörmət bəslədiyim Cihan Özdemirlə növbəti müzakirəmiz Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinin Hərb naziri belə olmasına baxmayaraq, harada İslam dini və Osmanlı dövləti naminə bir savaş var idisə özünü həmişə ön cəbhəyə atan Ənvər Paşa haqqında idi.

İslamçı kimi tanınan Ənvər Paşanın o dövrün bütün əsas döyüşlərində - Balkan müharibələri, Birinci dünya müharibəsi, Sarıqamış, Çanaqqala, Bakı döyüşlərində - böyük xidmətləri olmuşdu. Qafqaz - İslam ordusunun Bakıda bolşevik - daşnakların terrorunun qarşısının alınmasındakı rolunun üstündə qalmaq istəmirəm. Bununla bağlı kifayət qədər mənbələr var. Sözümün canı başqadır.

Ənvər Paşa 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı (Basmaçı hərəkatını dəstəkləmək üçün orada vuruşurdu) Belçivan yaxınlığında Yakov Arkadiyeviç Melkumovun (Agop Melkumyan) rəhbərlik etdiyi bolşevik - daşnak qüvvələrinə qarşı qeyri - bərabər döyüşdə həlak olub. Müzakirə zamanı fikrim tarixi faktlarda qaldığı üçün qeyri-ixtiyari olaraq, “Ənvər Paşa gənc yaşında öldü” dedim. Bu zaman Cihan bəy anidən mənim gözlərimin içinə baxaraq, çox ciddi şəkildə “heç vaxt elə demə” dedi. Nə olduğunu anlayana qədər, “Ənvər Paşa şəhid oldu. Şəhidlər ölməz. Onlar həmişə yaşar” deyə əlavə etdi.

POLAD HƏŞİMOVun şəhid olması xəbərini eşidərkən, Ənvər Paşanı xatırladım, o da şəhid olarkən Birinci Ferik və ya Ferik-i evvel hərbi rütbəsində idi. Bu indiki hərbi rütbəyə görə general rütbəsinə bərabərdir. Paşa olmasına baxmayaraq, dövlətinin həmişə ön cəbhələrində savaşıb və sonda şəhid olub. Həm də, Cihan Özdemirin “Şəhidlər həmişə yaşar” sözünün bir daha mənasını anladım.

POLAD HƏŞİMOVUN qisasını almaq üçün, təsəlli tapmağımız üçün on, yüz, hətta min erməni generalının öldürülməsi çağırışları səsləndi. Anlaşılandır. İnsanlar özlərinə elə dağ çəkilmiş hesab edirdilər ki, bu yanğını söndürmək üçün bir təsəlli istəyirdilər. Amma, inanıram ki, şəhidliyinin xalqımızın vətənpərvərlik hisslərinin oyanmasına, alovlanmasına və düşmənə qarşı həmrəy olaraq, Qarabağı işğaldan azad etmək tələblərinin daha da artmasına təkan olmasından ruhu şaddır!

“Cənab leytenant”, “İgid əsgər, möhkəm dayan” əsərlərinin müəllifi Şahin Musaoğlu müsahibələrinin birində deyir ki, ona dəfələrlə əsgərlərimiz yanaşaraq, “sizin o “cənab leytenant”dan sonra zabit olmaq yolunu seçdik, həyat yolumuzu, sənətimizi dəyişdik” deyiblər.

Əminəm ki, bundan sonra Polad Həşimova və bütün şəhidlərimizə də ithaf olunmuş yüzlərlə yeni şerlər, romanlar yazılacaq, mahnılar bəstələnəcək, filmlər çəkiləcək, adları əbədiləşdiriləcək. Xalqımız qəhrəman övladlarını unutmur!

Son şəhid xəbərləri və döyüş meydanında generalımızın həlak olması insanlarda düşmənə qarşı həqiqi bir oyanış, özünəqayıdış yaratdı... Ona görə, Cənab General, çox yaşa!

Cənab General, çox yaşa ki, ordumuzun şanına şan qatdın. Həqiqi general rütbəsinə bir əlçatmazlıq, möhtəşəmlik, əzəmət gətirdin. Əminəm ki, əsgərlərimiz POLAD HƏŞİMOV ali rütbəsinə ucalmaq üçün düşmənlərdən qisasını alacaq və torpaqlarımızı azad edəcək.

Cənab General, çox yaşa ki, dövlətçiliyimizə və ordumuza dəstək nümayiş etdirmək istəyən on minlərlə insanın küçələrə çıxaraq Vətən və Yurd sevgisini bütün dünyaya car şəkməsinə səbəb oldun.

Cənab General, çox yaşa ki, dünya azərbaycanlılarının vətənpərvərlik, birlik və həmrəylik ruhunu oyatdın. Bütün azərbaycanlıların ürəyindəki qığılcımları alovlandırdın. Bu alov bizə düşmən kəsilənlərə odunda yanmadan nəticə çıxarmalı üçün bir ismarış oldu.

Cənab General, çox yaşa ki, on minlərlə insanın ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü səfərbər olmasına təkan oldun.

Cənab General, çox yaşa ki, Qarabağın işğalından sonra dünyaya gəlmiş gənclərimizin ürəyində olan Qarabağ sevgisini daha da möhkəmləndirdin. Bəziləri iddia edirdilər ki, gənclərimiz bu torpaqları unudublar, müharibə olsa belə getməzlər, bu təslimçiliklə barışıblar və s. Bütün bu şayiələr və stereotiplər bir gündə puç oldu.

Cənab General, çox yaşa ki, ruhunla da bu gün düşmənlə mübarizə aparırsan. Mübariz İbrahimovu şəhid etdikdən sonra qorxusundan əllərini bağlayan düşmən bu gün Sənin ruhundan, portretindən, şəklindən belə qorxur.

Cənab General, çox yaşa ki, əzəli torpaqlarımızın azad olunması rəmzinə çevrildin.

Cənab General, çox yaşa ki, müasir Azərbaycan tarixinə şərəfli dastan yazdın. Əmin ol ki, qoyub getdiyin əmanət etibarlı əllərdədir.

Cənab General, cənnətdə arzusunda olduğun məkana çatasan!

Seyran Mirzəzadə,

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru, keçmiş diplomat

İsrail və Türkiyə gərginliyinin açar ölkəsi: Azərbaycan - İsrailli ekspert ŞƏRH EDİR - VİDEO

Xəbər xətti

Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub
15:50 08.05.2024
Bolqarıstan Prezidentinin şərəfinə rəsmi nahar verildi
15:42 08.05.2024
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
15:04 08.05.2024
Azərbaycan yazıçılarının QORXULARI - SORĞU
15:00 08.05.2024
3 ildir axtarılan qadın HƏBS EDİLDİ
14:48 08.05.2024
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:42 08.05.2024
Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır
14:39 08.05.2024
AFFA “Kəpəz”i 8500 manat cərimələdi
14:27 08.05.2024
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşdü
14:17 08.05.2024
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
Bloomberg: Ruslar Putinin Ukraynadakı müharibəsi ilə barışıblar
14:12 08.05.2024
Dörd ayda istehlakçılara 59 milyon manatdan çox ƏDV QAYTARILIB
14:05 08.05.2024
Bu halda Ermənistanla Rusiya arasında əlaqələr çox pis şəkildə pozulmağa başlayacaq - Rusiyalı siyasətçidən ŞOK PROQNOZ - VİDEO
14:00 08.05.2024
Sabah Bakıda 24 dərəcə isti olacaq - PROQNOZ
13:51 08.05.2024
Əli Əsədov və Cevdet Yılmaz arasında ikitərəfli görüş keçirilib
13:36 08.05.2024
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
Prezident: “Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:29 08.05.2024
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” monoqrafiyasının Dövlət Mükafatına təqdim edilməsi obyektiv dəyərləndirmənin təzahürüdür
13:23 08.05.2024
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
Dünyada bir ilk: Enerji təlabatının 30%-i Yaşıl Enerji ilə ödənilir
13:16 08.05.2024
İlham Əliyev və Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər
12:55 08.05.2024
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənildi
12:48 08.05.2024
Misirin ən məşhur muğam ustasının əslən azərbaycanlı olduğu məlum olub
12:34 08.05.2024
Milli qəhrəman Albert Aqarunovun anım günü qeyd edilib – FOTOLAR - VİDEO
12:22 08.05.2024
Azərbaycan və Bolqarıstan birinci xanımlarının görüşü olub
12:21 08.05.2024
Hamısı