Livandakı partlayışda yaralananlar arasında azərbaycanlı var? - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

25 Sentyabr, Cümə


Livandakı partlayışda yaralananlar arasında azərbaycanlı var? - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Livanın paytaxtı Beyrutdakı limanda ammonium-nitrat saxlanılan anbarda baş vermiş və 80 nəfərin həlak olmasına, minlərlə insanın yaralanmasına səbəb olmuş partlayışlarda xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

EDNews.net xəbər verir ki, bu barədə AZƏRTAC-a ölkəmizin Livandakı səfiri Ağasəlim Şükürov məlumat verib. O əlavə edib ki, səfirliyin insidentin baş verdiyi yerdən aralıda yerləşən binası da zərər görməyib. Bundan başqa, Beyrut limanında gəmidə olan 10 nəfər azərbaycanlı dənizçi də Livan hökuməti tərəfindən təxliyə edilib və onlar da heç bir xəsarət almayıb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...