Azərbaycandakı Kuba Tibb Briqadasının işi müsbət qiymətləndirilir

Cəmiyyət 10:33 11.08.2020
Cümə günü Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə baş çəkmiş, bu səhiyyə ocağının direktoru doktor İlham Qafarov, direktor müavini Hüseyn Məsimov, Beynəlxalq Əlaqələr departamentinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (TƏBİB) protokolunun rəhbərləri ilə görüş keçirmişdir.
Hər iki tərəf, Kubanın “Henry Reeve” Tibb Briqadasının Odlar Yurdunda fəaliyyətə başlamasından bir neçə gün ərzində xəstələrə olan xidmət keyfiyyətinin yüksəlməsi, habelə yerli tibb işçiləri arasında yoluxma riskinin azalmasında onların birbaşa müsbət təsirini vurğuladılar.
Səfir öz növbəsində 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində iki ölkənin prezidentinin görüşü zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət ayrıldığını qeyd etdi. Eyni zamanda, kubalı həkimlərin buraya gəlişinin ikitərəfli münasibətlərə, xüsusilə də hər iki xalqın bir-birinə yaxınlaşmasına təkan verdiyini vurğuladı. Fürsətdən istifadə edərək, cənab səfir qarşı tərəfi “Hamı üçün Sağlamlıq” Konfransı kimi Kubada keçirilən elm və səhiyyə sahəsində tədbirlərə, habelə xəstəxanalar arası tvinninqə dəvət etdi.
Görüşdə səfiri müşayiət edən Həkim Briqadasının rəhbəri doktor Dalsi Torres Avila və Kubanın Xarici İşlər Nazirliyinin ikinci katibi Liset Kamaço Vivo müalicə protokolları və Kuba istehsalı olan bəzi unikal biotexnologiya dərman preparatları məsələsinə toxundular. Hər iki tərəf göstərilən isti münasibətə görə təşəkkürlərini ifadə etdilər.
Doktor İlham Qafarov və müavini doktor Hüseyn Məsimov bizim həkimlərin bu qədər tarixə və ənənəyə malik bu səhiyyə ocağında gördükləri işə görə təşəkkürlərini bildirdilər və xəstəxananın bölgüsü və fəaliyyəti barəsində məlumat verdilər. İnsan həyatı xilas etmək kimi nəcib bir işdə öz Azərbaycanlı həmkarları ilə birlikdə göstərdikləri fədakarlığa görə öz heyranlıqlarını ifadə etdilər.
13 avqust tarixində, Baş Komandanımızın anadan olmasının 94-cü il dönümündə, Kubanın 42-ci Tibb Briqadası “Henry Reeve” bu Qafqaz ölkəsində covidlə mübarizəsinin birinci ayını qeyd edəcək.
7 avqust tarixinə olan rəqəmlərə görə, Kuba Tibb Briqadası 3688 xəstəni müalicə etmiş, 97 nəfərin həyatını xilas etmiş və 4688 tibbi prosedur həyata keçirmişdir.
Sovetlər dövründən fəaliyyət göstərən Bakı 1 saylı Klinik Tibbi Mərkəzi paytaxtın ən böyük xəstəxanasıdır. Klinika hal-hazırda yalnız COVID-19-ə yoluxanların müalicəsi üçün ayrılan 6 müalicə korpusu, 1 mərkəzi laboratoriya və inzibati binaların da daxil olduğu 10 korpusdan ibarət paytaxtın ən böyük xəstəxanasıdır. Ümumilikdə 38 şöbəyə malikdir. Post-covid mərhələsində xəstəxananı ürək-damar cərrahiyyəsi və nüvə təbabəti kimi yeni ixtisasların daxil olacağı yüksək texnologiyalara məxsus bir mərkəzə çevirmək üçün işlər aparılır.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı