Ermənistan ordusu Goranboyun Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub - FOTOLAR | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Ermənistan ordusu Goranboyun Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub - FOTOLAR

Cəmiyyət A- A A+

Bu gün səhər saatlarından Ermənistan ordusu Goranboyun daha bir yaşayış məntəqəsini – Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub. 

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, nəticədə kənd sakini Həqiqət Cəfərnicatinin və Vidadi Yusifovun evlərinə raket mərmisi düşüb. Evlərdən biri tamamilə dağılıb, digəri isə yarasız vəziyyətə düşüb. 

Səfikürd kənd orta məktəbi və kənd icra nümayəndəliyinin binası da zərər görüb.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...