Azərbaycan Prezidenti Ermənistanın hərbi-siyasi rəhbərliyinə əsl dərs verir Arye Qut

Cəmiyyət 12:27 23.10.2020
Beynəlxalq münasibətlər üzrə israilli ekspert Arye Qut CBC kanalında "Xüsusi buraxılış" verlişində aparıcı Anastasiya Lavrinanın qonağı olub.
 
Ekspert Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələr barədə danışıb. Müzakirə zamanı Arye Qut ilk növbədə Azərbaycan Ordusunun göstərdiyi şücaəti qeyd edib.
 
Onun sözlərinə görə, Ermənistan döyüş meydanında necə bir düşmənlə qarşılaşdığını başa düşdü və bu gün bizim (xarici ekspertlər) gördüklərimiz Azərbaycan Prezidentinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə əsl dərs verdiyini göstərir.
 
O, qeyd etdi ki, bu gün Azərbaycan nə 90-cı illərdəki kimi deyil, nə də ermənilərin təsəvvür etdiyi Azərbaycan deyil.
 
"Ölkənin bu gün həyata keçirdiyi bütün islahatlar bizə Azərbaycanın həqiqətən necə bir orduya sahib olduğunu və necə silahlandığını göstərdi".
 
Arye Qut əlavə etdi ki, Azərbaycan Ordusu ən yüksək texnoloji silahlardan istifadə edərək Ermənistan tərəfinə kimin kim olduğunu göstərdi:
 
"Azərbaycan Ordusunun döyüş meydanındakı bu üstünlüyü onu göstərir ki, erməni qoşunlarının orada heç bir işi yoxdur, işğala son qoyuldu və artıq getməlidir".
 
İsrailli ekspert Azərbaycanla İsrail arasındakı qardaşlıq münasibətlərinə də toxunub.
 
O, İsrailin Azərbaycana yardım etməyə hazır olduğunu və döyüş meydanında onu dəstəklədiyini söyləyib: “Azərbaycan əsgərinin İsrail silahlarına ehtiyacı varsa, onu alacaq”. Arye Qut, bu əlaqələrin 27 ildir ki, qurulduğunu və Yəhudi xalqının bunu yüksək qiymətləndirdiyini söyləyib.
 
Bəzi ərazilərin işğaldan azad edilməsindən danışan Arye Qut, bu bölgələrdə olduğunu və bunun onun üçün böyük tarixi önəm daşıdığını qeyd edib. O, bu şəraiti yaratdığı üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevə təşəkkürünü bildirib.
 
Ekspert Umud Mirzəyevlə birlikdə İsrail jurnalistləri də daxil olmaqla bir neçə xarici jurnalistlə Aşağı Əbdürrəhmanlı kəndini ziyarət etdiyini qeyd edib.
 
"Bu, Ermənistan təcavüzü nəticəsində dağılmış kəndlərin kədərli və qəddar mənzərəsi idi: dağıdılmış evlər, məktəblər, uşaq bağçaları və sadəcə yandırılmış torpaq", Qut əlavə edib.
 
Arye Qut Umud Mirzəyevin ona öz evini, valideynlərinin evini, oxuduğu məktəbi göstərərək erməni təcavüzü barədə danışdığını söyləyib.
 
"Dağıdılan bu evlərə baxdım, qəbiristanlıqlar və məzar daşları da dağıdılmışdı ... Bu, erməni işğalçılarının Azərbaycan xalqına qarşı bəslədiyi nifrət və qorxudan xəbər verir", Qut deyib.
 
Verliş zamanı Arye Qut belə bir sual səsləndirib:
 
“İnsana bu həyatda nə lazımdır? Birlikdə yaşamaq, qonşu ilə dostluq etmək olardı, ancaq yox, onlar Azərbaycan ərazilərini işğal etmək üçün hər şeyi etdilər. Bu gün bu torpaqların Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi prosesini və bu vəziyyətdə İsrail və Türkiyə kimi dostları tərəfindən Azərbaycanın dəstəkləndiyini görürük”.
 
Sonda, Arye Qut, Umud Mirzəyevin doğma kəndinin azad olunması xəbərini eşitdiyinə görə çox sevindiyini, bununla əlaqədar Azərbaycan xalqını və xüsusən də Mirzəyevi təbrik etdiyini vurğulayıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Hamısı