BAMF-ın əməkdaşı cəbhəyanı rayonlardakı vəziyyətlə bağlı təəssüratlarını bölüşdü

Cəmiyyət 18:30 25.10.2020

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərinə hücum edəndən bəri cəbhəyanı bölgələr də düşmənin əsas hədəfinə çevrilib. Bu dəfə oradakı vəziyyət və əhalinin əhval-ruhiyyəsi barədə müsahibimiz Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) "Azərbaycan Gənclərinə dəstək Proqramı" layihəsinin koordinatoru Fariz Vəliyev danışdı. O, cəbhə bölgəsinə səfər təəssüratlarını Eurasia Diary ilə bölüşdü.

F. Vəliyev bildirdi ki, sentyabrın 11-dən oktyabrın 21-ə kimi əsasən Tərtər, Goranboy, Bərdə olmaqla cəbhə xəttinə yaxın ərazilərə, həmçinin Gəncəyə səfərlər ediblər. Burada yaşayan yeniyetmə və gənclərlə, ailələrlə işləyiblər.

O, səfərin məqsədi barədə bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNİСEF-in və Avropa İttifaqının maliyyə dəstəyi ilə BAMF tərəfindən həyata keçirilən AYAP layihəsi çərçivəsində “Gənclərin asudə vaxtının səmərəli keçirilməsi” ilə bağlı layihə həyata keçirirlər. Layihə çərçivəsində sentyabrın 13-dən oktyabrın 14-ə kimi gənclər arasında sorğu aparıblar.

O, Xudaverdi Quliyev və layihə heyətinin üzvü Firuz Cabbarlı ilə birgə müharibə şəraitində də sorğu aparıblar.

“Biz Goranboy rayonunda işlədik. “Pandemiya dövründə gənclərin və yeniyetmələrin rastlaşdığı çətinliklər və pandemiyanın qarşısını almaq üçün necə bir layihə təklif edərlər?” mövzusunda sorğunu həyata keçirərkən eyni zamanda gənclərin əhval-ruhiyyəsi, müharibə dövründə mənəvi-psixoloji vəziyyətini öyrənirdik. Sorğunun ilkin nəticələrinə görə, Goranboy rayonunda gənclər asudə vaxtını səmərəli keçirmək üçün kompüter kursu və digər kursların yaradılmasını istədilər. Safikürd kənd məktəbində dil kurslarının və Gənclər evində kitabxananın fəaliyyət göstərməsini, Tərtər rayonunda isə açıq havada idman alətlərinin olmasını istədilər. Cəbhə bölgəsi olduğundan orada ən böyük problem internetlə bağlıdır. Bir çox gənclər onlayn dərslərə qoşula bilmir və internet probleminin aradan qaldırılmasını istəyirlər. Fokus qrupla müzakirələr zamanı öz təşəbbüsümüzlə yerli sakinlərlə söhbətlər aparırdıq və müsbət nəticələr əldə edirdik”.

O qeyd etdi ki, müharibə dövründə Tərtər, Goranboy və Bərdə rayonlarında qalarkən bir çox hadisələrin şahidi olublar. İlk növbədə əhalidə böyük ruh yüksəkliyi olduğunu dedi.

“Heç bir kənd və rayon sakini evini tərk etmir. Bu çox sevindirici haldır. Onlar “bizə nə olursa burada olsun” deyir və əsgərlərin yanındadırlar. Uşaqlar ailələri ilə evlərindədirlər”.

Daha sonra o, burada yaşayan mülki əhalinin orduya dəstəyindən danışdı.

“Tərtərdə cəbhə bölgəsinə yaxın kəndlərdə, Qapanlı kəndində, Şıxarx qəsəbəsində sakinlər öz təşəbbüsü ilə postlarda xidmət edən əsgərlərə yemək, spitsiz içki və siqaret alıb aparırlar. Goranboy rayonunun cəbhəyə yaxın Qaradağlı kəndində bir gün ərzində 3 min manatlıq yardım toplandı. Kənardan da əlavə  yardımlar gəlirdi. Orada bir məktəbdə işləməyə getmişdik. Bir çayçıya girdik və yardım toplamış maşınları gördük. Burada 500-dən çox corab, mayka, papaq, kolbasa, 150-200 blok siqaret, müxtəlif növ spirtsiz içki, yeməklər, quru və sulu qida məhsulları, konserva vardı. Doğrudur, dövlətimiz tərəfindən əsgərlərimizə diqqət və qayğı göstərilir. Amma kənd sakinlərinin bu cür təşəbbüsləri çox sevindiricidir".

Müsahibimiz Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində dağılan yaşayış evləri, mülki obyektlər və həlak olan və yaralanan insanların faciəsindən ürək ağrısı ilə danışdı.

“Bir neçə gün öncə Tərtərin Cəmilli kəndində yaşayış evinə top mərmisinin düşməsi nəticəsində iki nəfər həlak oldu, bir nəfər ağır yaralandı. Onlar bir ailənin üzvləri idi. Ev sakini evinə girmək istəyəndə top mərmisi düşərək partlamışdı”.

F. Vəliyev ermənilərin Gəncədə törətdiyi faciə barədə bunları dedi:

“Gəncədə raket düşən ərazidə də oldum. Çox dəhşətli bir mənzərə idi. İki-üç yaşlı uşaqların paltarları, yatdığı ədyal və əşyalar hərəsi bir tərəfə səpələnmişdi. Uşağın yatdığı ədyal işıq dirəyinin üstünə çıxmışdı. Raket düşən yer 1 km ərazini dümdüz etmişdi. Oradan 15-20 metr aralıda dağılan evin sakini orta yaşlı bir kişi evini tərk etməmişdi. Evin bir hissəsi uçmuş, darvazası dağılmış, şüşələr qırılıb tökülmüşdü.  Ərazidə post qurulmuşdu. Polislər evə daxil olub baxdılar. O, əsgər və polislərə çay verirdi. Evin giriş qapısı və darvazası yox idi, amma o burada qalırdı. Gəncə əhalisi qorxmazdı. Heç kim evindən çıxmamışdı. Hamı öz işinin başında idi”.

O deyir ki, cəbhəyanı ərazilər hər addımda ölüm təhlükəsi saçır.

“Bir dəfə Bərdə rayonuna gedəndə qarşı tərəfdən kaset tipli raket atılmışdı. Raket boş sahəyə düşdü. Bizi cəbhəyə yaxın olan Naftalanda qonaq evində yerləşdirmişdilər. Burada olarkən top və qrad səsində istirahət edirdik. Gecə ərzində ancaq qradın səsi dayananda yata bilirdik. Son iki gündə Tərtərdə qaldım. Elə bir gün olmurdu ki, bu səsləri eşitməyək, onlar artıq bizə adi gəlirdi. Top və ya qradın qalxmasıyla səs eşidilir, amma hara düşəcəyini bilmirsən. Hər dəfə o səsi eşidəndə dua edirsən ki, tələfat olmasın. Bir neçə dəfə sənədləşmə işinə görə qaldığımız Tərtərdə Peşə təlim Məkəzinə gedəndə maşından düşüb içəri girənə qədər on saniyədə dua edirdik ki, salamatlıq olsun”.

F. Vəliyev, həmçinin ANAMA-nın fədakar komandasının fəaliyyəti barədə danışdı.

“ANAMA çox çətin və təhlükəli vəzifəni icra edir və deyərdim ki, bu işin öhdəsindən çox layiqincə gəlir. Onların üzərlərinə jilet və kaska geyir, hər cür təhlükəsizlik tədbirləri görürlər. Ancaq hər an ölümlə göz-gözədirlər. ANAMA əməkdaşlarının getdiyi ərazilər daima ermənilər tərəfindən bombalanırdı. Tərtərdə onlar olduqları yerdən çıxandan üç dəqiqə sonra ora top mərmisi düşmüşdü. Bir dəfə Tərtərdə ANAMA-nın əməkdaşları raket düşən əraziyə gəlmişdilər. Burada partlamış və partlamamış sursatlar vardı. Raketin bombacıqlarından biri partlamamışdı. Qeyd edim ki, ANAMA-nın tapşırığı ilə minalardan təmizləmə əməliyyatları həyata keçirən BAMF-ın İcra Mina Aksiyası Komandası da bu fəaliyyətlərə cəlb olunub”, deyə o fikrini tamamlayıb.

Gülnar Səlimova

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
Hamısı