Usen Suleymen Qazaxıstan Hökuməti Vətəndaş Cəmiyyəti ilə Əlaqələrin Gücləndirməkdə İsrarlıdır

Cəmiyyət 10:16 09.04.2021

Bu il Qazaxıstan müstəqil dövlət kimi öz 30-illiyini qeyd edir. Biz son otuz il ərzində uzun yol qət etdik. İqtisadiyyatımız ciddi şəkildə inkişaf edib və siyasi proseslərimiz bizim Sovet İttifaqımızdan təzəlikcə müstəqillik əldə etdiyimiz dövrü ilə müqayəsədə tanımaq mümkün deyil.

Qazaxıstanın inkişafının önəmli elementi kimi vətəndaş cəmiyyətinin inkişafı, xüsusilə qeyri-hökumət təşkilatların (QHT) sayının artması olub. İnanmaq çətindir ki, 1990-cı illərin əvvəlində Qazaxıstanda cəmi 400 QHT var idi. İndi vəziyyət başqa cürdür. Hazırda, Qazaxıstanda fəaliyyət göstərən QHT-lərin sayı 40 dəfə artıb və təxminən 16 000 təşkil edir. Çoxusu sosial cəhətdən həssas əhali qruplarına dəstək verilməsi və ya vətəndaşların və təşkilatların hüquqların və qanuni maraqların qorunması ilə bağlı məsələlər sahəsində fəaliyyət göstərir.

Belə bir dinamika, təbii ki, təqdirəlayiqdir. İnkişaf etmiş vətəndaş cəmiyyəti istənilən müasir və çiçəklənən dövlətin əsasını təşkil edir. Bu, hökumət nümayəndələri ilə ictimaiyyət arasında effektiv dialoq platformanı və ünsiyyət körpüsünü təşkil edir.

Ona görə də, Qazaxıstan hökuməti, maliyyə cəhətdən də daxil olmaqla, QHT-ləri fəal şəkildə dəstəkləməyə davam edirdi. 2020-ci ildə 1,8 milyard tənqə (4,3 milyon ABŞ dollardan çox) məbləğində qrantlar verilib. Maliyyənin əksər hissəsi uşaqların və gənclərin dəstəkləməsi ilə bağlı layihələrə sərf olunub. Təqribən 305,4 milyon tənqə (740 000 ABŞ dolları) qeyri-hökumət təşkilatların fəaliyyətinin effektivliyinin artırılması da daxil olmaqla, vətəndaş cəmiyyətinin inkişafının birbaşa dəstək verilməsinə xərc olunub.

Nəzərəçarpacaq tərəqqi əldə olunmasına baxmayaraq, biz, əlbəttə ki, QHT-nin çiçəklənməsi üçün şəraitin genişləndirilməsinin vacibliyini dərk edirik.

Bu səbəbdən, hökumət buna böyük maraq göstərir. 2003-cü ildən bəri dövlətlə QHT arasında dialoqun təmin edilməsi məqsədilə paytaxtda mütəmadi olaraq Vətəndaş forumu keçirilir. Keçən ilin noyabr ayında keçirilən doqquzuncu Vətəndaş forumunda deputat rəhbərliyinin ictimai təşkilatların nümayəndələri ilə 12 virtual görüşlərin təşkil edilməsi təklif edilib. İştirakçılar vətəndaş cəmiyyətinin yeni inkişaf konsepsiyanın əsas istiqamətləri, vətəndaşların qərar qəbul edilməsində iştirakını, hökumətin işi üzərində ictimai nəzarətin müxanizmləri və imkanları və digər mövzuları müzakirə ediblər.

Dövlətlə vətəndaş cəmiyyəti arasında effektiv qarşılıqlı fəaliyyətinin daha bir vacib aləti QHT-lər üçün insan hüquqları və demokratik islahatların məsələləri üzrə hökumət nümayəndələri ilə birbaşa dialoq aparılması imkanların daha da gücləndirilməsi məqsədilə 2013-cü ildə Qazaxıstanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə yaradılan “İnsan müstəvisində dialoq platforması” adlı məşvərət və məsləhət orqanı sayılır.

İclaslar mənim sədrliyi ilə və QHT-lərin nümayəndələri, parlament deputatları, Qazaxıstan Prezidenti yanında İnsan Haqqları üzrə Komissiyanın, Ali Məhkəmənin, Konstitusiya Şurasının və müvafiq nazirliklərin, həmçinin, BMT-nin İnkişaf Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarın İdarəsinin, ATƏT-in, Avropa İttifaqının, xarici diplomatik missiyaların, USAID-in, Penal Reform International təşkilatının və s. daxil olmaqla, bizim beynəlxalq tərəfdaşların nümayəndələrin iştirakı ilə rübdə 1 dəfə keçirilir.

Sözügedən platformanın aktuallığını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hökumətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa xüsusi diqqətini və 2019-cu ildən bəri insan hüquqları və ölkədə siyasi proseslərin daha da demokratiyalaşması sahəsində üç islahat paketlərin həyata keçirilməsini nəzərdə tutan “eşidən dövlət” konsepsiyasını elan edilməsindən sonra nəzərəçarpacaq səviyyədə artıb.

Açıq və şəffaf müzakirələr vasitəsilə platformanın fəaliyyəti sistematik problemlərin müəyyən edilməsi və birgə çözümünün tapılması üçün Qazaxıstanın və beynəlxalq QHT-lərlə işləməsi baxımından vacib olub. İclaslarımız Qazaxıstanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə BMT-nin komitələrin məsləhətlərin müzakirə edilməsi üçün faydalıdır.
Gəlin sizə Dialoq Platforması tərəfindən yaxından nəzərdən keçirilən və yeni qanunverici aktların qəbul edilməsi ilə nəticələnən iki məsələnin misalını təqdim edim. Birisi, Qazaxıstanda dinc toplaşmaları haqqında yenilənmiş qanundur. Əsas dəyişiklik ondan ibarətdir ki, ötən ildən başlayaraq, belə bir toplaşmanı təşkil etmək istəyən QHT və ya digər qruplar tərəfindən icazə almaq əvəzinə tədbirin keçirilməsinə beş gün qalmış yerli icra hakimiyyət orqanını xəbərdarlıq edilməsi kifayətdir. Digər misal isə ondan ibarətdir ki, ötən il ölkənin Cinayət Məcəlləsinin 130-cu maddəsi, daha dəqiq desək, böhtan maddəsi, dekriminalizasiya edildi. Bütün bu məsələlər Dialoq Platformanın iclaslarında mütəmadi və ciddi şəkildə müzakirə olunub.

Belə bir platformanın vacibliyi bu ilin əvvəlində Qazaxıstanın vətəndaş cəmiyyətinin üzvləri biz neçə QHT-nin vergi qurumları tərəfindən yoxlamalar nəticəsində qapadılması məsələsini qaldırandan sonra nəzərə çarpıb. 26 yanvar 2021-ci il tarixində keçirilən iclasda məsləhət görülüb ki, fəaliyyəti dayandırılan təşkilatlar qərarından apelyasiya verilməsi üçün ali vergi quruma müraciət etməlidir. Qazaxıstanın Baş Nazirin Müavini və Xarici İşlər Naziri Muxtar Tleuberdi əmin edib ki, o, bu məsələni şəxsi nəzarətinə götürəcək.

Verqi qurumları ilə məsələnin hərtərəfli nəzərdən keçirilməsindən sonra, bir həftədən sonra, 3 fevral tarixində, sözügedən QHT-lərə qarşı bütün ittihamlar götürülüb və onların fəaliyyətinin dayandırılması qərarı ləğv edilib. Bu vəziyyət hökumətlə vətəndaş cəmiyyəti arasında aydın kommunikasiya xəttlərinin olmasının nəyə görə vacib olduğunu göstərib. İnsan müstəvisində dialoq platforması və vətəndaş cəmiyyəti ilə Qazaxıstan Hökuməti arasında açıq dialoq olmadan, QHT-lərin fəaliyyətinin qapadılması məsələsi bu cür effektiv şəkildə həll olunmazdı. Heç şübhəsiz ki, bu məsələdən dərs çıxartmaq lazımdır, amma mən inanıram ki, vətəndaş cəmiyyəti ilə hökumətimiz arasındakı əlaqənin hazırda maddi və praktiki olduğunu əminliklə söyləyə bilərəm.

Təbii ki, biz burada dayanmayacağıq.

Ötən il Prezident 2025-ci ilə qədər Qazaxıstanda Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Konsepsiyanı təsdiq edib. Bu, dövlətin, biznesin və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq sistemini daha da gücləndirilməsinə, həmçinin, Qazaxıstanın siyasi transformasiyanın və modernizasiyanın bundan sonra da həyata keçirilməsinə yönəlib. İnanıram ki, bizim bu istiqamətdə dayanıqlı şəkildə irəliləmək üçün möhkəm təməlimiz var.


Usen Suleymenov

Qazaxıstanın Xarici İşlər Nazirliyində Xüsusi Tapşırıqlar üzrə Səfirdir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı