"Space" TV-yə yeni rəhbər təyin olunub | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


"Space" TV-yə yeni rəhbər təyin olunub

Cəmiyyət A- A A+

"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

Ülviyyə Mikayilova yeni təyinatı barədə məlumatı təsdiq edib.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...