"Bakı şəhərinin Baş planı üzərində iş gedir".
Eurasia Diary xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
İcra başçısı layihə ilə tanış olduğunu qeyd edərək Baş planı layihənin hazırlanmasında birlikdə işlədiklərini deyib: "Komitə bizimlə əməkdaşlıq edir və layihə hazır olan kimi ictimaiyyətə təqdim ediləcək".