Bu gün məktəblərdə "Son zəng" keçiriləcək | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Bu gün məktəblərdə "Son zəng" keçiriləcək

Cəmiyyət A- A A+

Bu gün ölkənin ümumtəhsil məktəblərində "Son zəng" keçiriləcək.

Eurasia Diary-nin məlumatına görə, bununla bağlı Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib və "Son zəng"in keçirilməsinə razılıq verilib.

"Son zəng" tədbirlərinin müəyyən şərtlərlə keçirilməsi nəzərdə tutulur.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir. Onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.

Qeyd edək ki, ötən il pandemiya səbəbindən məktəblərdə "Son zəng" keçirilməmişdi.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...