Müharibənin ən faciəvi üzünü Ağdamda gördüm - Milkov | Eurasia Diary - ednews.net

25 Sentyabr, Şənbə

Müharibənin ən faciəvi üzünü Ağdamda gördüm - Milkov

Cəmiyyət A- A A+

Bu böyük şəhəri dağıdılmış vəziyyətdə görmək təəssüf doğurur. Ağdam təsəvvür etdiyimdən daha pis vəziyyətə salınıb.

EDNews.net xəbər verir ki, bunu Bolqarıstan Milli Televiziyasının müxbiri Georgi Milkov deyib.

Ağdamı dağıdılmış vəziyyətdə görməyin onu dərindən kədərləndirdiyini bildirən jurnalist qeyd edib:

“Ağdamdakı Cümə məscidində heyvanların saxlanılmasını əks etdirən şəkilləri gördüm. Bu, nəinki İslam dininə, bütün insanlığa qarşı yanlış davranış, hörmətsizlikdir. Mən bir çox ölkədə müharibə bölgəsində olmuşam, lakin müharibənin ən faciəvi üzünü Ağdamda gördüm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...