Metamfetamin: Təhlükə hər bir qapının kandarındadır

Cəmiyyət 17:44 02.08.2021

Sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı şəkildə açıqlamalar verilməli, “maddə”nin mahiyyəti, insan həyatına qorxunc təsiri izah edilməlidir

“Bu günlərdə yayımlanan bir xəbər sözün həqiqi mənasında damarda qanı dondurur. “İki uşaq anası “patı”dan öldü” xəbərindən sarsılmamaq mümkün deyil.”

Bu sözləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva “İki sahil”ə açıqlamasında deyib.

T.Paşayeva bildirib ki, yeniyetmə və gənclər arasında  daha çox “patı”, “şüşə” adı ilə məşhur olan yeni təhlükəli bəla –  metamfetamin (sintetik tərkibli narkotik maddə) istifadəçilərinin sayının sürətli yüksəlişi həyəcan təbili çalmağa əsas verir: “Ən qorxulusu da odur ki, insan həyatını zəhərləyən bu psixotrop maddə qiymət baxımından əlçatandır. Yəni, bu, o deməkdir ki, təhlükə hər bir qapının kandarındadır.”

Həmin şəxslərdə aqressiya, stress, qorxu, panik atak, paranoya, psixomotor pozğunluqlar və digər psixoloji problemlər müşahidə olunur

Psixologiya üzrə fəlsəfə doktoru hesab edir ki,“maddə”nin sosial şəbəkədə müxtəlif formalarda təbliği, yeniyetmə və gənclərin, hətta qadınların onu asanlıqla əldə edə bilməsi cəmiyyəti fəlakətə aparan addımlardır: “Mən metamfetamin (“patı”) adlanan bəlanı yeni nəsli ölümə sürükləyən “cəhənnəm mələyi” adlandırardım. “Patı”ya aludəçiliyin artması olduqca təhlükəli haldır və bunun qarşısı yalnız dövlətin deyil, bütün xalqın, ictimaiyyətin, toplumun, ailənin birgə səyi ilə alına bilər.  Aparılan araşdırmalar nəticəsində ortaya çıxan nəticələr də vəziyyətin hansı dərəcədə ciddi olduğunu göstərir. Belə ki, metamfetamin istifadəçilərinin demək olar ki,  yarısında ağır formada psixoloji problemlərin yarandığı müşahidə olunur. Başlanğıcda daha aşağı doza qəbulu ilə başlanan asılılıq zaman keçdikcə artır və nəticədə sosial-psixoloji fəsadları böyüyür.  Həmin şəxslərdə aqressiya, stress, şiddətli davranış, qorxu, panik atak, paranoya, psixomotor pozğunluqlar və digər psixoloji problemlər müşahidə olunur. İstifadəçilərdə psixoloji simptomlarla yanaşı, fiziki narahatlıqlar da ortaya çıxır. Qan dövranı və ürək döyüntülərində dəyişiklik, nəfəs alma, böyrək çatışmazlığı, baş dönməsi və digər ortaya çıxan çətinliklər onların  həyatına birbaşa təsir edir. Qeyd etdiyim fiziki və psixoloji amillər həmin şəxslərin həm özlərinin, həm də ətrafında olan insanların yaşam tərzinə əks təsirini göstərir. Zaman keçdikcə başqalarına qarşı aqressiv münasibət və hərəkətlər, tək qalmaq istəyi, yardımçı olmaq istəyənlərə qarşı şiddət ətrafında olan insanların da uzaqlaşmasına səbəb olur.”

“Bəlkə mən də yoxlayım” düşüncəsi təhlükəlidir

T.Paşayeva qeyd edib ki, insan səhhətində problemlər yaşadan bu asılılıqlardan zərər gəldiyini bildikləri halda istifadəni dayandırmaması əslində məhz psixoloji problemlərdən irəli gəlir: “İstifadədən sonra yaranan rahatlılıq, doyma və həzz bunun nəticəsidir. “Hər kəs istifadə edir, bəlkə mən də yoxlayım” düşüncəsi olduqca təhlükəli və geniş şəkildə yayılıb. İstər yeniyetmə və gənclərdə, istərsə də digər yaş qruplarında  olan istifadəçilərdə bir dəfə istifadə etməklə başlanan bu asılılıq onların sonrakı həyatlarında fiziki, psixoloji təsirlərini çox acınacaqlı şəkildə göstərir. Nəzərə almalıyıq ki, metamfetamin güclü asılılıq yaradan, qısa müddətdə istifadə edən şəxslərdə ciddi formada psixoloji və fiziki təsirləri olan, problemlər yaradan maddədir.  Onları bu zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün yanında olduğunu göstərməli, mütəxəssislərdən dəstək almalı, psixoloji, tibbi terapiya seanslarına cəlb edilməlidir.”

Həmsöhbətimiz vurğulayıb ki, bu məsələnin həllində mətbuat, radio və televiziyalar daha çox iş görə bilərlər: “44 günlük Vətən savaşı dövründə biz KİV-lərin necə böyük gücə malik olduğunu bir daha gördük. Fəlakətin qarşısını almaq üçün kütləvi təbliğat, maarifləndirmə işi ən yüksək səviyyədə aparılmalıdır. Əhali müvəqqəti həzz verən, amma daimi asılılıq yaradan, orqanları məhv edən, aqressiv davranışlara, depressiv  vəziyyətə gətirən “patı” bəlası, metamfetamin təhlükəsi barədə dolğun məlumat almalıdır. Bu məsələ radio və televiziyaların əsas mövzularından biri olmalıdır.”

Mərkəzin rəhbəri bildirib ki, sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı şəkildə açıqlamalar verilməli, “maddə”nin mahiyyəti, insan həyatına qorxunc təsiri izah edilməlidir: “Məlumatsızlıq və düzgün aparılmayan maarifləndirmə  istifadəçi sayını artıra bilər. Odur ki, hər kəs ayıq olmalı, özünü, ailəsini “tələyə” salmaq istəyənlərdən qorumalı və onlara qarşı mübarizədən çəkinməməlidir.

Laqeydlik də bir bəladır. Çevrəyə qarşı duyarlı olmaq həm özümüzü, həm də ailəmizi, bütövlükdə cəmiyyəti, dövləti qorumaqdır.

Həmsöhbətimiz valideynləri diqqətli olmağa, min bir əziyyətlə böyütdükləri övladlarını qorumağa, onlara qarşı həssas olmağa, davranışlarına fikir verməyə, çevrəsində kimlərin olduğuna diqqət etməyə, onlarla səmərəli vaxt keçirməyə səsləyib ki, övladları qorxulu “həzz”in qurbanı olmasınlar: “Əziz xanımlar, əminəm ki, iki uşaq anasının psixotrop maddədən həyatını itirməsinə laqeyd qalmazsınız. Arıqlamaq istəyir, artıq çəkidən əziyyət çəkirsinizsə, bunun təbii yolları da var. Ən doğru yol yemək-içməyə diqqət etmək, hərəkətdə olmaq, normal həyat tərzi keçirməkdir. Öncə sizə sürətlə arıqlamaq üçün təklif edilən maddənin nə olduğunu aydınlaşdırın. Tərkibi nədir, ziyanlı tərəfləri nədir, əvvəlcə bunları öyrənin. Arıqlamaq üçün “patı”dən istifadə etmək könüllü ölümə getməkdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı