Şuşa şəhərinə səfər etmiş məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanıb - VİDEO - ednews.net

27 Oktyabr, Çərşənbə

Şuşa şəhərinə səfər etmiş məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanıb - VİDEO

Cəmiyyət A- A A+
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.
 
Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın rayonlarının sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.
 
Növbəti videoçarxlarda Şuşa şəhərinə səfər etmiş məxburi köçkünlər öz təəssüratlarını bölüşür.
 
Videolayihə əsasında çəkilişlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...