Əhməd Əhmədov 9 milyon rüşvəti belə alıb Detallar

Cəmiyyət 14:57 25.09.2021

Naxçıvanın hazırda həbsdə olan sabiq daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi iki il ərzində təkcə sürücülük vəsiqəsinin və avtomobil nömrələrinin satışından 4,5 milyon manat rüşvət aldığı məlum olub.

EDNews.net-in  “Qafqazinfo"-ya istinadən verdiyi məlumata görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Qeydiyyat, İmtahan və Texniki Baxış şöbəsində 2015-2017-ci ilin 6 ayı ərzində sürücülük vəsiqəsi verilmiş 12 060 nəfər və avtomobilinə qeydiyyat nişanı verilmiş 20 773 nəfər vətəndaşlardan qeyri-rəsmi qaydada bir həftədə 38 000 manat alınaraq nazir Əhməd Əhmədova verilib.

Qeyd edilən müddət ərzində Ə.Əhmədov bu prosesdən ümumilikdə 4 milyon 560 min manat külli miqdarda rüşvət alıb.

Həmin şöbənin Texniki müayinə mərkəzində 2015-2017-ci ilin 6 ayı ərzində 29 626 minik, 5 686 avtobus və yük avtomobilinə texniki baxış keçirilib. Bu avtomobillərin sürücülərindən dövlət rüsumundan əlavə pul alınaraq cəmi 499 238 manat rüşvət alıb.

İdarənin kamera otağına baxış zamanı sürət həddini aşaraq kameralara düşən 915 avtomobil haqqında qeyri-rəsmi uçot aparılıb, həmin sürücülərdən 7 ay ərzində 83 070 manat pul toplanaraq nazir Əhməd Əhmədova verilib.

Təhlükəsiz şəhər video-nəzarət kameraları yol hərəkəti qaydalarının pozulmasına nəzarət işinə cəlb olunub, hər gün 20 yol hərəkəti üzrə qayda pozuntusu aşkar edilib. Bu qayda pozuntularına görə 2015-2017-ci ilin 6 ayında vətəndaşlardan qeyri-rəsmi 240 000 manat pul toplanaraq sabiq nazirə rüşvət qismində verilib.

Nazirliyin Pasport, Qeydiyyatı və Miqrasiya şöbəsində təcili pasport almaq istəyən vətəndaşlar üçün adi qaydada sənədləşmə aparılıb, dövlət rüsumu banka ödənildikdən sonra həmin vətəndaşlardan əlavə nağd qaydada qeyri-rəsmi pul alınıb. Bu yolla vətəndaşlardan toplanan 312 242 manat pul Ə.Əhmədova rüşvət kimi verilib.

2014-2017-ci illərdə daxili işlər orqanlarının pensiya yaşına çatmış 98 əməkdaşının iş yeri yüksək dağlıq şəraitə görə vəzifə maaşına əlavələr hesablanan strukturlara və yüksək maaşlı vəzifələrə dəyişdirilib. Həmin vəzifələrdə 1 ay işlədikdən sonra yüksək əmək haqqı ilə pensiyaya çıxıblar.

Daxili İşlər Nazirliyinin yüksək maaşlı vəzifələrə dəyişdirilmiş 17 nəfər orta və böyük rəis heyətinin hər birindən 8 000 manat, 81 nəfər sıravi və kiçik rəis heyətinin hər birindən isə 3 000 manat, ümumilikdə 379 000 manat qeyri-qanuni pul toplanaraq Əhməd Əhmədova verilib.

Əhməd Əhmədov Naxçıvan DİN-ə işə qəbul olanlardan 3 milyon rüşvət alıb.

Belə ki, polis nəfəri vəzifələrinə xidmətə qəbul zamanı onların hər birindən 8-10 000 manat, yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul zamanı onların hər birindən 15-22 000 manat, Nazirlik və ona bilavasitə tabe olan qurumlara kiçik inspektor vəzifəsinə xidmətə qəbul zamanı hər birindən 10 000 manat, böyük rəis heyəti vəzifəsinə xidmətə qəbul zamanı 15-18 000 manat, orta və böyük rəis heyətinə irəli çəkilmə zamanı 1 500 manat pul alaraq xidmətə qəbul ediliblər.

Bununla bağlı, işə qəbul olunan şəxslərdən ümumilikdə 3 milyon manat pul toplanaraq Ə.Əhmədova rüşvət olaraq verilib.

Sabiq nazir Əhməd Əhmədov bu yollarla 01 yanvar 2015-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək olan dövrdə vətəndaşlardan ümumilikdə 9 milyon 73 min 550 manat külli miqdarda rüşvət alıb.

Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Hamısı