Sabah müharibə başladı...

Cəmiyyət 10:30 27.09.2021

Bir dəfə Şəhidlər Xiyabanını ziyarət edənə, naməlum şəhid məzarı üzərində ağlayan qadın gördüm. Ona yaxınlaşıb “bu şəhid sizin kiminizdir” soruşdum. Bir qədər tutularaq, “nişanlım” deyə, cavab verdi. Bir daha “məzarın üzərində “naməlum” yazılıb, nə bilirsiniz ki, o sizin nişanlınızdır” deyə, sordum. Cavabı məni sarsıtdı...

“Bəlkə də o deyil, amma mən illərlə ondan bir xəbər gözlədim, hər gün ailəsindən, dostlarından haqqında bir məlumat öyrənməyə çalışdım. Hər dəfə ev telefonuma zəng gələndə, birdən o olar deyə, ilk mən qaçdım dəstəyi götürməyə. Beləcə illər keçdi, sonra ölümü ilə barışdım, artıq dirisini yox, üzərində ağlayacağım məzarı arzulamağa başladım. Amma bir məzarı da yox idi. Bir dəfə Şəhidlər Xiyabanına gələndə bu naməlum məzarı gördüm, onu seçdim. Ürəyimdə dedim ki, odur, nişanlımdır. Beləcə illərdir ki, hər dəfə onu xatırlayanda, onu yuxuda görəndə bura gəlirəm. Ailə qurmamışam. Mən hələ də onun yolunu gözləyirəm. Yəqin ki, o yoxdur həyatda, heç bir zaman da gəlməyəcək. İndi mən ona aparan yolu gözləyirəm, ölümü gözləyirəm...”

Artıq gənc olmayan qadının 28 il gözlədiyi kimi gözlədik biz 27 sentyabrı. 28 illik həbs cəzası alan, lakin günahsız olan bir valideynin övladına qovuşacağı, azadlığa çıxacağı günü gözlədiyi kimi, Qarabağ bizi gözlədi.

28 il ötdü və o gün, o an yetişdi – 27 sentyabr günü. Lakin heç birimizin bu ölüm bahasına yaşanacaq görüşdən xəbərimiz olmadı.

2020-ci ilin 27 sentyabrı çoxlarımızın həyatında adi bazar günlərindən biri idi. Pandemiya səbəbindən tətbiq olunan sərt karantin rejiminə görə həmin bazar günü istirahət günündən çox, adi, sıxıcı günlərdən birinə çevrilmişdi. Əsgər, zabit və səfərbərlik xidmətindən orduya çağırışmış könüllülərin ailələrindən savayı demək olar ki, heç kimdə xüsusi bir hiss və narahatlıq hiss olunmurdu.

Cəbhədə isə o günlər fərqli idi. Ordumuz proqnozlaşdırılan düşmən təxribatının qarşısını almaq üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. Son bir həftədə düşmən nə təmas xəttində, nə də dövlət sərhədində dinc durmamış, əsgərimizi şəhid etmiş, ard-arda təxribatlar törətmişdi. 26 sentyabrda Baş qərargahın işıqları sönməmiş, korpuslar xüsusi iş rejiminə keçmiş, bütün orduda müharibə söz-söhbətləri yayılmağa başlamışdı.

Bütün bunlara səbəb ordu kəşfiyyatının gətirdiyi və bütün hərbi hissələrə çatdırılan bir informasiya idi: Düşmən bu gecə təxribata hazırlaşır...

O gecə Bakı və digər şəhərlərin sakinləri çox güman ki, rahat bir yuxu yatdılar. Vətəndaşlar gecə şirin yuxularına olanda düşmən cəbhədə gözlənilən təxribatı törətdi və ilk şəhidimiz oldu. Ali Baş Komandan İlham Əliyevdən 17 il gözlənilən o qərar da məhz həmin gecə qəbul edildi.

44 gün davam edəcək və bizi Şuşaya, Qarabağa qovuşduracaq o böyük savaş artıq başlamışdı. O savaş ki, Bədr və Kərbəla savaşlarından daha az müqəddəs deyildi. O savaş ki, azı işğal altındakı Vətən qədər arzulanırdı.

Bu ölkə müharibəyə susamışdı, müharibə arzusu ilə yaşayırdı. Bir insan özü ilə qan-qada, ölüm-itki gətirən müharibənin həsrətində necə ola bilər? Olar! Bir qərinəyə yaxın bir dövrü vətənsiz keçirən insan, Vətən deyəndə utandığından başını yerə dikən kişilər müharibəyə susayar. Axı, bu məmləkətdə atalar və oğullar ömürlərini və gənclik illərini əsir edilən qız-gəlinin meşələrdə asılan cansız bədəninin utanc hissi ilə keçiriblər. Qan yaddaşı deyə bir rüsvayçılıq tarixini öyrənən, hər Xocalı faciəsinin anım günü gələndə qəzəbindən boğulan, Şəhid Mübarizlərin, Poladların nurlu üzünə başı aşağı baxan bir nəsil, necə müharibə arzusunda olmaya bilər ki...

Müharibəni arzulamayanlar da var idi. Onlar analar idi. O analar ki, artıq bir dəfə bu müharibənin od alovunu görmüş, doğmalarını, atalarını, ərlərini, oğullarını bu yolda qurban vermişdilər. O analar ki, əsgər yolu gözləyir, övlad həsrəti ilə alışıb-yanırdılar. O analar ki, sadəcə qorxurdular, böyüdüb, boya-başa çatdırdıqları aslan oğullarının bayraqlı cənazələrini qarşılamaqdan, qorxurdular.

Bütün bu qorxulara rəğmən onların yetişdirdikləri aslanlar bir gün sonra – 27 sentyabrda böyük bir inam, qəzəb və vətən həsrəti ilə düşmən üzərinə şığıdılar. Hər azad olunan vətən torpağı bir şəhid anasının yanan qəlbi üçün su, yağmur oldu. 44 gün davam edən bu müqəddəs savaşın sonu zəfər və əzəmətlə yekunlaşdı. Bayrağımız artıq Şuşada dalğalınırdı.

Şuşanın azad edildiyi o gün Polad Həşimov başda olmaqla bütün şəhid anaları övladlarını hədər yerə qurban vermədiklərini anladı, ilk dəfə övladının 40-ı çıxmayan şəhid atalarının üzü güldü, ilk dəfə döyüş yoldaşlarını itirmiş əsgərlər qol qaldırıb oynadı, o gün hər kəs sevinc göz yaşlarına boğulmuşdu, hətta bu yolda qurban gedən şəhidlər belə...

İndi o günün üzərindən bir il ötür. Düz bir il sonra bizi o sabaha çatdıran qəhrəman oğulları hörmət və qürurla anaraq yazırıq ki, “Sabah müharibə başlayacaqdı”. Nə biləydik ki, bu müharibə qanımızla tariximizi, alın yazımızı, kimliyimizi dəyişəcək bir müharibə olacaq?! Bizə sevgili Vətən yolunda sevgilini qurban verməyin səadətini başa salacaq?! Bir ataya övladını doğma anası yolunda şəhid verməsi qürurunu yaşadacaq?! Komandirlərini, döyüş yoldaşlarını itirən biz sağ qalanlara, şəhadət şərbətini arzuladacaq?! Nə biləydik axı...

P.S. Bu yazı başda komandirim polkovnik Zaur Nüdirəliyev olmaqla bütün şəhidlərin xatirəsinə yazılıb.

P.S.S. Şuşa səmasında təyyarənlə uça bilmədin komandir, amma ruhun Şuşa minarəsindən azan dinlədi, mən eşitdim...

Əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid  polkovnik Zaur Nudirəliyev

Nicat İsmayılov

"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı