Azərbaycan əsgərindən reportaj Şükürlər olsun ki, mən də "Dəmir yumruq" əməliyyatının iştirakçısıyam

Cəmiyyət 18:37 17.11.2021
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında Azərbaycan Ordusunun yazdığı Zəfər salnaməsindən artıq bir il ötür. 30 ilə yaxın sürən torpaq həsrətinə 44 günə son qoyan məğrur Azərbaycan əsgərinin cəsarəti artıq bütün dünyaya məlumdur. Haqq savaşında düşməni məğlubiyyətə düçar edən hərbi qulluqçularımızla söhbətimiz zamanı hər dəfə dəyişilməz bir fikir diqqətimi çəkir - tarixi ərazilərimizi işğaldan azad etmək niyyətimiz, qəsbkarlara nifrət hissimiz qarşısında düşmənin tab gətirməsi mümkün deyildi. Həqiqətən də, Ali Baş Komandanın rəhbərliyindən, xalqın birliyindən güc alan Azərbaycan əsgərinə bu müqəddəs amala çatmaq yolunda heç bir maneə təsir edə bilməzdi. Təsir edə bilmədi də. Dünyanın 30 ilə yaxın qeyri-konstruktiv yanaşdığı, ikili standart yürütdüyü məsələni vətənpərvər oğullarımız 44 günə həll etdi.
 
Tarixi ərazilərimizin azad olunduğu və üçrəngli bayrağımızın ucaldığı təqvim günləri hər bir azərbaycanlının yaddaşına ömürlük həkk olundu. Ötən ilin bu günlərində yaşından, peşəsindən asılı olmayaraq hər kəsin qəlbi döyüş meydanında Vətən oğulları ilə birlikdə döyünürdü. Bu qələbə bizə asan başa gəlmədi, şəhidlər verdik, qazilərimiz oldu. Lakin ən böyük təsəllimiz odur ki, Azərbaycan əsgəri Böyük Qələbə qazanaraq, şəhidlərimizin qisasını aldı.

"N" hərbi hissəsində döyüş hazırlığı məşğələsinin şahidi olduq. Onlara mane olmadan dərs prosesini izləyərək başa çatmasını gözlədik. Məşğələ rəhbərinin verdiyi suallara ətraflı cavabların verilməsi, praktiki tapşırıqların uğurla, normativə uyğun olaraq icra edilməsi şəxsi heyətin döyüş hazırlığının yüksək olmasının göstəricisi idi. Dərs prosesi başa çatdıqdan sonra leytenant Şükür Əliyevlə həmsöhbət olduq. Bir komandir olaraq üzərinə düşən vəzifənin tabeliyindəki əsgərləri əsl döyüşçü kimi formalaşdırmaq olduğunu qeyd edən zabit, həmçinin bildirdi ki, şəxsi heyət də öz növbəsində ona təhkim olunan silah və texnikanın taktiki-texniki göstəricilərini yaxşı mənimsəməli, ondan istifadə qaydasını mütləq mənada dərindən öyrənməlidir. "Keçirilən məşğələlər sayəsində nəzəri biliklərini artıran bölməmiz, təlimlərdəki praktiki sınaqlardan hər zaman üzüağ çıxmağı bacarıb. Belə ki, qarşıya qoyulan normativlərin vaxtında və dəqiq yerinə yetirilməsinin əsas prinsip kimi götürüldüyü təlimlərdə atəş mövqeyinin tutulması, texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi hərbi qulluqçudan yüksək peşəkarlıq tələb edən proseslərdir. Bölməmizdə xidmət edən təcrübəli müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları qeyd olunan proseslərin yerinə yetirilməsində öz təcrübə və biliklərini əsgərlərimizlə bölüşürlər ki, bu da verilən tapşırığın öhdəsindən lazımi səviyyədə gəlməsində mühüm rol oynayır".

Söhbət əsnasında gənc müsahibimin Vətən müharibəsi iştirakçısı olduğunu da öyrəndim. "Bu gün hər bir azərbaycanlı qürurludur. Çoxdan həsrətində olduğumuz tarixi ərazilərimiz işğaldan azad olunub. Qəhrəman oğullarımız sayəsində yazılan Zəfər salnaməmizə nəzər salsaq görərik ki, bu tarix Azərbaycan əsgərinin vətənpərvərlik, xalqa ehtiram, Ali Baş Komandana sədaqət hissindən alınan güc hesabına yazılıb. İgid oğullar öz qanı ilə bu tarixi yazıblar. Bu tarixi heç kim dəyişə bilməz. Biz bilirik ki, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu şaddır. Çünki müqəddəs amalımıza çatmışıq, Böyük Qələbəni yaşayan və yaşadanlar sırasındayıq. Ölkə Prezidenti, Ali Baş Komandanın müvafiq Sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuşam və bu təltiflərlə də qürur duyuram. Şəhid qardaşlarımıza rəhmət, qazilərimizə şəfa arzulayıram. Onların hər biri bu mötəbər tarixin bir parçasıdır”.

Növbəti həmsöhbətim Xaçmaz rayonundan hərbi xidmətə çağırılan Orxan İbrahimovdur. "Keçirilən dərsləri yaxşı mənimsəyərək, təlimlərdə qarşıya qoyulan tapşırıqları uğurla icra edirik. Əsgər olaraq dərslərə məsuliyyətlə yanaşır, hərbi biliklərimizi daim təkmilləşdirir, bizə təhkim olunan silah və texnikadan istifadə qaydasını dərindən mənimsəyirik. Bölməmizdəki BM-21 Qrad reaktiv yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün əlverişli vasitədir. Həmçinin düşmənin artilleriya və minaatan batareyalarının susdurulması, möhkəm sədlərinin dağıdılması üçün də tətbiq edilə bilir. Komandirlərimizin rəhbərliyi altında keçirilən təlimlərdə hərbi biliklərimizi sınaqdan keçirir, döyüşə hazırolma vərdişlərini təkmilləşdiririk, - deyə Orxan İbrahimov dedi...

Əsgər Tural İsmayılov bir zamanlar işğalda olan, lakin bu gün öz həqiqi sakinlərinin yolunu səbirsizliklə gözləyən Laçın rayonundandır. "Rəşadətli Azərbaycan Ordusu 44 günə Böyük Qələbəni təmin etdi. Uşaq olarkən ermənilərin xalqımıza qarşı törətdiyi amansız vəhşilikləri əks etdirən videogörüntüləri hər kəs kimi, mən də görmüşəm. Öz yurdundan didərgin düşən insanların sırasında mənim də yaxınlarım və doğmalarım olub ki, bunların hamısı düşmənə qarşı nifrətimi artıran aspektlərdir. Şükürlər olsun ki, mən də "Dəmir yumruq" əməliyyatının iştirakçısıyam və qürurluyam ki, xidmətim məhz həlledici döyüşün baş verdiyi dövrə təsadüf edib. Qəhrəman oğullar sayəsində Böyük Qələbə təmin edildi. Tarixi ərazilərimiz işğalçılardan təmizləndi. Azərbaycan əsgəri canı, qanı bahasına bu tarixi yazdı. Gələcək nəsil onların qəhrəmanlıq yolunu özlərinə örnək, nümunə biləcək - bu torpaq hər zaman qəhrəman oğulların Vətəni olacaq".

Əsgərlər Nihad Əliyev və Tamerlan Cavadlı da vurğuladılar ki, bundan sonra da Azərbaycan əsgəri olaraq Vətəni göz bəbəyi kimi qoruyacaqlar. Onlar, həmçinin bu gün Vətənin müdafiəsində durmaqdan fəxarət hissi keçirdiklərini dedilər və qeyd etdilər ki, qalib ordunun əsgəri olmaq - qürurverici olmaqla yanaşı, həm də məsuliyyətlidir. “Xalqımız əmin olsun ki, bu gün Vətənimizin müdafiəsi yenə də etibarlı əllərdədir”, - deyərək fikirlərini tamamladılar.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Hamısı