Elçin Quliyev: “Helikopter qəzasında hər hansı kənar təsirdən söhbət gedə bilməz” - ednews.net

24 Yanvar, Bazar ertəsi

Elçin Quliyev: “Helikopter qəzasında hər hansı kənar təsirdən söhbət gedə bilməz”

Cəmiyyət A- A A+

“Pilot ən yüksək səviyyədə, ağır şəraitlərdə uçuşlara təlimatlı olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov. Hansı ki, hələ Birinci Qarabağ müharibəsində iştirak edib”.

EDNews.net-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu gün baş vermiş helikopter qəzası ilə bağlı bildirib.

DSX rəisi bildirib ki, helikopter tamamilə yeni helikopterdir: ““Qara qutu” tapılıb. “Qara qutu” Baş Prokurorluqdadır. Hazırda hadisənin səbəbi barədə dəqiq bir şey demək mümkün deyil. Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”.

Elçin Quliyev qeyd edib ki, hadisə baş verdiyi barədə xəbər alan kimi hadisə yerinə gedib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...