Azərbaycana gələn qonaqlar BAMF-ı ziyarət etməlidir - Liviyalı diplomat - ednews.net

28 Yanvar, Cümə

Azərbaycana gələn qonaqlar BAMF-ı ziyarət etməlidir - Liviyalı diplomat

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, dekabrın 2-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Bakı Dövlət Universitetində misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir Yumruq - Qarabağ müharibəsi 2020-ci il” adlı kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar, ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən Liviya Ərəb Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Aşraf Adam Əl-Masmari EDNews.net-ə qısa açıqlama verib:

“Azərbaycanı dünyaya tanıtmaq üçün BAMF çox böyük işlər görüb və görməkdədir. Fikrimcə, ölkənizə səfər edən rəsmi qonaqlar Azərbaycan üçün böyük nailiyyətləri olan bu təşkilatla yaxından tanış olmalıdır. “Dəmir Yumruq - Qarabağ müharibəsi 2020-cil” kitabının müəllifi Əhməd Abdo Tərabik başda olmaqla, Beynəlxalq Avrasiya Mətbuat fondunun prezidenti Umud Mirzəyevi bu kitabın işıq üzü görməsi ilə bağlı təbrik edirəm. Bu kitab ərəb kitabxanasına daxil olaraq, bütün ərəbdilli ölkələrə Azərbaycan və onun tarixini tanıdacaq. Qeyd etmək istəyirəm ki, ərəb xalqının çox az bir hissəsi bu möhtəşəm qələbədən xəbərdardır. Düşünürəm ki, bu kitab vasitəsilə nəinki ərəb, hətta bütün müsəlman dünyasına qələbəni anlatmaq mümkün olacaq”.

Aşraf Adam Əl-Masmari İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfərindən məmnun qaldığını bildirdi. Diplomat Şuşa, Ağdam və digər rayonlara səfər edərək, erməni vandallarının törətdiyi vəhşiliklərin, qəbirlərin, məscidlərin dağıdılmasının şahidi olub. Buna baxmayaraq, Aşraf Adam Əl-Masmari əminliklə qeyd edir ki, Azərbaycan torpaqlarını işğaldan azad etdiyi gücə sahib olduğu kimi, həmin rayonların bərpa işlərinin də öhdəsindən layiqincə gələcək!

Rəna Tağıyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...