“Biz 20 yanvar səhərini qana bulaşmış küçələrdə açdıq” Umud Mirzəyev

Cəmiyyət 11:00 20.01.2022


20 yanvar faciəsindən 32 il ötməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni yaxşı xatırlayır. Hər ötən il bizləri o qaranlıq dolu günlərdən uzaqlaşdırsa da, 20 yanvar müsibəti hələ də yaddaşlardan silinməyib. Nəsildən-nəsilə ötürülən bu qan yaddaşı milyonların şüurunda dərin iz buraxmaqdadır. Sanki zaman keçdikcə, əksinə, insanların dili açılır, yaddaşlar yenilənir və hadisələr daha aydın canlanmağa başlayır. Xatırlayıram, o gün çox dəhşətli bir tarix idi. Azərbaycanda hər bir insanda böyük narahatçılıq vardı. Bakıda arası kəsilməyən mitinqlər keçirilirdi. Bizlər də o mitinqlərin iştirakçısı idik.

Hadisələrin izi ilə...

Yaddaşda dərin iz buraxan anlar...

O gecə nə baş verirdi?...

1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə eşidilən güllə səslərinə Əcəmi Naxçıvani küçəsində yerləşən evimizin eyvanına çıxdıq. Eyvandan baxanda, güllələrdən saçan işıqlardan gecənin qaranlığında sanki  günəş doğmuşdu, hər tərəf işıqlanırdı. Dərhal evdən çıxıb, qonşularımızla birgə daha çox atəş səsləri olan istiqamətdə hərəkət etdik.

Yadımdadır, mərhum ziyalılarımız İsa İsmayılzadə, Aydın Səlimzadə, Nadir Cabbarovla birlikdə 20 yanvar meydanına doğru hərəkət etməyə başladıq. Əlbəttə, mənzərə çox dəhşətli idi. Şəhər bütünlüklə insan axınına bürünmüşdü, onlar küçələrdə təlaşla ora-bura qaçırdılar.  Nalə səslərindən qulaq tutulurdu. 20 yanvarda yerləşən Respublika Klinik Xəstəxanasında o qədər insan axını vardı ki,  iynə atsan yerə düşməzdi. Xəstəxana maşınlarının arası kəsilmirdi. Maşınlarda meyidlər və çoxlu sayda yaralılar gətirilirdi. Bütün bunlar, sözlə və dillə ifadə oluna biləcək bir mənzərə deyildi. 

Bizim orta məktəblərdə öyrədilən şerlərdə xilaskar bir ordu kimi vəsf olunan Sovet Ordusunun açdığı güllələrlə Azərbaycan xalqı  qətlə yetirildi. Bu artıq Azərbaycan insanında Sovet dövlətinə olan ümidlərin qırıldığı dövr idi.  

20 yanvar səhərini qana bulaşmış küçələrdə açdıq...

Yanvarın 20-si səhərimizi qana bulaşmış küçələrdə açdıq. 20 yanvar meydanında böyük bir izdiham var idi. İnsanlar artıq evlərindən çıxaraq, küçələrə axın etməyə başlayırdı. Hər kəs bir nəfər kimi Sovet ordusunu lənətləyirdi.

20 yanvar faciəsinə aparan ƏSAS SƏBƏB...

Həmin dövrdə də dünyanı idarə edən ölkələr, Azərbaycanın neft ölkəsi olaraq, cəzb edən məkanda yerləşməsinin fərqində idi. Məhz, belə bir zəngin ölkənin Sovet İttifaqının tərkibindən ayrılması arzuolunan hal deyildi. Digər tərəfdən isə həmin dövrlərdə Erməni lobbisi çox ciddi şəkildə fəaliyyət göstərirdi. Azərbaycanın Sovet İttifaqından ayrıldığı məqamda maksimum, bacara bildikləri qədər ölkəmizdən böyük bir parçanı qoparıb sahiblənmək istəyirdilər. Çox şükür ki, bunu istəyənlərin arzuları ürəyində qaldı. Bu gün sosial şəbəkələrdə belə, onların məyusluğu və bir-birini ittiham etməsi aydın şəkildə görünür.

Cəzasız qalan canilər...

20 yanvar faciəsinin ən böyük səbəbkarı olan SSRİ KP MK-ın birinci katibi Mixail Qorbaçov dinc sakinləri qırğına verməsi ilə yadda qalıdı. 15 oktyabr 1990-cı ildə qətliamlar törədilən dövrdə Qorbaçova Nobel “Sülh mükafatı” verildi.

Təəssüflənərək qeyd edək ki, bu gün nə Qorbaçov, nə də təqsirli bilinənlərin heç biri cəzalandırılmayıb.

Zəfər yolumuz, Qələbə sevincimiz...

Çox heyif ki, Azərbaycan 20 yanvardan əvvəl və sonra da böyük faciələrlə üzləşdi. Və nəhayətində ayrılmaz parçamız olan Qarabağ da böyük bir qələbəyə imza atdı. Ölkəmizin öncəki və indiki siyasi gedişatı dəyişdi.

I Qarabağ müharibəsi dövründə Azərbaycanın idarəetməsində böyük boşluqlar: ikitirəlik, üçtirəlik, hətta mintirəlik var idi. Bu kimi daxili qırğınlar bizim düşmənlərimizə başımıza fəlakətlər açmağa fürsət yaratdı. I Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsini itirməklə yanaşı, çoxlu sayda şəhid verdik.

Ancaq Azərbaycan bir gün öz haqq savaşında qalib oldu, 30 illik həsrtələ gəldiyimiz yolumuzu zəfərin şirin şərbəti ilə dadlandırdıq. Azərbaycan özünü, ordusunu, idarəetməsini, iqtisadiyyatını formalaşdıraraq, müzəffər ordu yaratdı. Heç kəsin təsəvvürünə belə gəlməzdi ki, 44 gün ərzində minimum sayda itki verərək, ölkəmiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı və Müzəffər ordumuzun gücü ilə şanlı qələbə çalacaq. Möhkəm betonla mühafizə edilmiş, strateji olaraq hündür ərazilərdə olan mövqelərin düşmən əlində olmasına baxmayaraq, Azərbaycan ordusu bütün maneələri qət edib, böyük bir qələbəyə imza atdı. İnanıram ki, bu böyük uğurumuz və qələbəmizlə həm 20 yanvar, həm  Xocalı , hətta 31 Mart soyqırımında, yəni bütün  şəhidlərimizin ruhu şaddır. 

Bu qələbədə bizim 30 illik həsrətimiz, niskilimiz və haqqımız var! 

Umud Mirzəyev,

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

 

 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Hamısı