Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Ednews-in "Report"-a istinadən verdiyi xəbərə görə, şəhidlərin məzarı üzərinə qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi daha sonra Türk şəhidliyini ziyarət edib.