Dövlət Gömrük Komitəsi jurnalistlər üçün təlimlərə başladı

Cəmiyyət 13:47 24.01.2022
Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalislər üçün "Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təlim öz işinə başlayıb. Dövlət Gömrük Komitəsi və Media İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 40-a yaxın media qurumunun nümayəndəsi iştirak edir.
 
Ednews xəbər verir ki, tədbir çərçivəsində KİV nümayəndələrinə Gömrük Komitəsinin fəaliyyətilə bağlı məlumatlar verilib. 
 
Media layihəsinin açılış mərasimində otelin səlahiyyətli nümayəndəsi əməyin təhlükəsizliyi barədə maarifləndirmə edib.
 
 
Tədbiri giriş nitqi ilə açan İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Natiq Axundov tədbir iştirakçılarını salamlayaraq tədbiri giriş nitqi ilə açıb, keçiriləcək seminarlar barədə ətraflı məlumat verib. N. Axundov, bunun jurnalistlər üçün keçirilən 5-ci təlim olduğunu və budəfəki təlimin MEDİA ilə birgə təşkil edildiyini vurğulayıb: "Bizim təlim iki istiqamət üzrə qurulub. Birinci qayə cənab Prezidentimizin Gömrük sistemində apardığı islahatlar barədə məlumat verməkdir. İkincisi isə gömrük sahəsində jurnalistlərin ixtisaslaşmasıdır”.
 
 
Daha sonra Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova Dövlət Gömrük Komitəsi ilə MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirin əhəmiyyətindən, prioritet hədəflərdən danışıb: “MEDİA-nın əsas istiqamətlərindən biri də jurnalistlərin ixtisaslaşmasıdır. Bu istiqamətdə bizim müxtəlif qurumlarla birgə layihələrimiz olub. Hesab edirik ki, bu layihələr jurnalistlərin peşəkarlığının artırılması istiqamətində uğurla nəticələnəcək”.
 
 
Təşkilatçıların giriş nitqi başa çatdıqdan sonra təlim proqramı çərçivəsində nəzərdə tutulan müxtəlif mövzuları əhatə edən təqdimatlar jurnalistlərə təqdim edilib.
 
DGK Risklərin idarə olunması və Audit Baş İdarəsinin rəisi Orxan Sultanov “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təqdimat barədə məlumat verib: “Risklərə riskli yanaşmaq olmaz. Bu resursları daha böyük risklərə yönəltməliyik. Biz riskləri təsnifləşdirməyə başladıq və bu istiqamətlər üzrəhəyata keçiririk – xarici ticarət risk reytinqi direktivi, sərhəd risk modulu, statistik instrumentlərin tətbiqi, bəyənnamə risk direktivi üzrə şaxələndirmişik. Xarici ticarət risk reytinqi direktivin data(elektron məlumatlar) əsaslı yenilənən sistemdir. Sərhəd risk modulu – artıq tamamlanıb, tezliklə işə düşəcəkI: Bu bizə sərhəddə gömrükdə risklərin idarə edilməsinə imkan verir. Burada biz beynəlxalq nümunədən istifadə etmişik. Statistik instrumentlərin tətbiqi – Burada hər hansı bir məhsulu bəyan etdikdə sistem avtomatik özü aşkar edir riskləri. Məsələn, orta dəyəri 5 dollardır, standart kənarlaşma 1 dollardır, 20 faiz, avtomatik dəyər minimal olaraq 4 dollar təyin edilir. Əgər bu rəqəm dəyişərsə, sistemdə bu dəyişikliyin riskli olduğu bildirilir. Bəyənnamə risk direktivi üzrə şaxələndirmədə isə sistem risklər barədə statistik məlumatlar verir". 
 
 
Ardınca Pərvanə İbrahimova Medianın İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verib: “Prezidentin 2021-ci il 12 yanvar tarixli fərmanı, MEDİA-nın yaradılması dövlət tərəfindən mediaya göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Media sahəsində islahatların istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətlərini əhatə edir. Sözügedən istiqamətlər üzrə mətbuat nümayəndələri üçün müxtəlif tədbir və seminarlar keçirilir”.
 
 
Növbəti təqdimat isə Gömrük Komitəsinin fiskal sahədəki fəaliyyətinin ölkənin sosial-iqtisadi inkişafına faydaları mövzusunda olub. Şöbə rəisi V.Orucov bu barədə ətraflı məlumat verib.
 
 
Sonra “Yaşıl dəhliz” buraxılış sistemi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdrılması Baş İdarəsinin Xarici Ticarət İştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev “Yaşıl Dəhliz Buraxılış sistemi” mövzusunda məlumat verib.
Azər Namazov “Rəqəmsal Gömrük: nəticələr və hədəflər” mövzusunda növbəti təqdimatda bu barədə KİV nümayəndələrinə geniş məlumat verib. 
 
Daha sonra isə KİV nümayəndələri üçün Astara Gömrük Postuna mediatur təşkil olunacaq.
 
Fariz Faiqoğlu
 
 
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
Hamısı