Bakıda müəllimin döyülməsinin TƏFƏRRÜATI - Oyuncaq tapança ilə... - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Bakıda müəllimin döyülməsinin TƏFƏRRÜATI - Oyuncaq tapança ilə...

Cəmiyyət A- A A+

Ötən gün müəllimi döyən şəxslə bağlı cinayət işi açıldığına dair məlumat vermişdik. Hadisənin yeni təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Ednews-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gəlmiş şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və görüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...