Bu il dronların və radioqəbuledicilərin ölkəyə gətirilməsi asanlaşa bilər - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Bu il dronların və radioqəbuledicilərin ölkəyə gətirilməsi asanlaşa bilər

Cəmiyyət A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu il dronların ölkəyə gətirilməsi və radioelektron vasitələrin qeydiyyatı prosedurlarını sadələşdirməyi planlaşdırır.

Ednews xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

“Bürokratik əngəllər bu gün yeni texnologiyanın qarşısını alır, ona mane olur. Bu il hədəf kimi qarşımıza dronların ölkəyə gətirilməsi kimi məsələlərin sadələşdirilməsini qoymuşuq", - R. Rüstəmov qeyd edb.

Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi üçün ilk olaraq rəqəmsallaşmaya gediləcək:

“Mümkün qədər sadələşdirməyə getməyi nəzərdə tutmuşuq. İlk addım rəqəmsal transformasiyanın tətbiqidir. Texnologiyanı tətbiq etməyən, ona əli çatmayan bir startapçı hansı yeni texnologiya yaradacaq?! Eyni bir problem radioelektron vasitələrin qeydiyyatı ilə bağlıdır. Adi, elementar radioqəbuledicilərlə bağlı məsələni deyək. Onların ölkəyə gətirilib qeydiyyata salınması üçün bizim nazirliyin 3 qurumuna müraciət etmək lazımdır. Bununla yanaşı, kənar qurumların da razılığı tələb olunur. Bu isə sahibkarların 2-3 ay vaxtını alır. Artıq onunla da bağlı konkret istiqamətlər müəyyən edilib. Burada həm prosedurların sadələşdirilməsi, həm onların vahid portal üzərindən onlayn müraciət əsasında həyata keçirilməsi daxildir və bu il üçün bu prosesi tam həyata keçirməyi düşünürük”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...