Azərbaycanda “Teknofest keçirilir” Bəs gənclərin texnologiyaya əlçatanlığı nə səviyyədədir?

Cəmiyyət 18:51 31.01.2022

Post-Sovet dönəmindən bəri, Azərbaycan ilk dəfədir ki, çoxşaxəli və beynəlxalq səviyyəli texnologiya festivalına ev sahibliyi etməyə hazırlaşır. Artıq geri sayım 26-29 may tarixlərinə doğru irəliləməkdədir. 

Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest,” 2018-ci ildən etibarən “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən hər il təşkil olunur. Qeyd edək ki, Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Təsadüfi deyil ki, “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı Türkiyədən kənarda, ilk dəfə Azərbaycanda keçiriləcək. Şübhəsiz ki, bu da iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin açıq təzahürüdür.

Dünyaya səs salan texnoloji üstünlüyümüz

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda, qarşı tərəf həm qurudan, həm də havadan gözlənilməyən zərbələr aldı. Xüsusilə havada kabus kimi irəliləyən pilotsuz uçuş aparatları XXI əsrin ən yeni savaş texnologiyası kimi tarixə imza atdı. Düşmənin bütün strateji bazaları məhz Türkiyəyə aid “Bayraktar TB2” və İsrail istehsalı olan “Harop”larla dəqiq şəkildə hədəfə alınaraq, darmadağın edilirdi. Bütün bunlar yeni nəslin texnologiyaya sahiblənməsi və praktiki təlimlərin son dərəcə inkişafından xəbər verirdi. Bəs bu gün gənclərimiz durmadan yenilənən texnologiyanı necə və hansı formada mənimsəyə bilir?

Yerli” uşaq köçkün məktəbində oxuya bilməz”

Əvvəlcə məktəblərdən başlayaq...

Vaxtilə Sovet dönəmində informatika adlanan dərslər keçirilirdi. Bu dərs bu günümüzdə də mövcuddur. Lakin tədris metodikas ilə bağlı araşdırmalardan aydın olur ki, həmin tədris fənni praktiki olaraq, qənaətbəxş formada yeniyetmə gənclərə öyrədilmir. Təbii ki, belə bir tədris üçün son texnologiyalarla təchiz edilən emalatxana və ya laboratoriyalar təşkil edilməlidir. 

Bir çox yerli mütəxəssislər hesab edir ki, hərbi texnologiyada peşəkar olmaq təkcə hərbi xidmət müddətində deyil, orta məktəblərdən belə başlamalıdır. Bunun üçün isə gənc yeniyetmələrin erkən yaşlardan texnologiya əlçatanlığnı təmin etmək lazımdır. Məsələn, bu Türkiyədə raket mühəndisliyi, informasiya texnologiyası və sair sahələrə aid müəyyən texniki dərnəklərdə təşkil olunur.  

Bəs universitetlər buna necə yanaşır?

İlk öncə Ednews olaraq, Azərbaycandakı universitetlərdə texnologiya haqda praktiki dərslərin keçirilməsi barədə İnformasiya Texnologiyaları üzrə ekspert Fərhad Kərimovun fikirlərini öyrəndik. 

“Hal-hazırda məktəb və universitelərdə texnologiya sahəsində təcrübi fənlər tədris olunur. Lakin dünyaya çıxmaq üçün hesab edirəm ki, təcrübə toplamaq yalnız universitetlərdən gözləmək düzgün deyil. Gənclər bu sahədə öz üzərlərində çalışmalı və daim araşdırma aparmalıdır. 

O ki qaldı texnoloji nümunələrə, gənc yeniyetmələr mağazalardan bu kimi oyuncaqlar alıb, onun üzərində sınaq təcrübələri apara bilərlər”. 

Mütəxəssis həmçinin müəyyən əngəllərə baxmayaraq, dronların əldə oluna bilməsi ilə bağlı da fikir bildirib. 

“Hazırda Bakıda STEM, Robotzadə və buna bənzər bir neçə elektronika mağazaları fəaliyyət göstərir. Burada həm dron, həm də bu kimi digər cihazlar əldə etmək mümkündür. Hətta dronların hazırlanması ilə bağlı Bakıda fəaliyyət göstərən mərkəzlər də var. Əvvəllər onlar dron hazırlanması ilə bağlı sifarişlər qəbul edirdilər və hətta onlarda çox sayda hissələr mövcuddur”.

Azərbaycanda uçan aparatlar və ya dronları necə əldə etmək olar?

2021-ci ildən bəri Azərbaycanda mülki dronların ölkəyə gətirilməsi barədə yeni qanun qüvvəyə minib. Qanun həmin növ cihazların ölkəyə gətirilməsi üçün 6 qurumdan icazə alınmasını tələb edir. Bu isə sıravi bir gəncin onu əldə edib öyrənməsinə, və ya ən azından istifadəsini bilməsinə güclü əngəl yaradır. Məsələn, adi bir dronu Çindən sifariş edib, Azərbaycana gətizdirmək üçün sıravi vətəndaş, ilk növbədə NRYTN-in Dövlət Mülki Aviasiya Administrasiyası, XDMX, DTX, DSX, MN və DİN-nin xüsusi icazəsini əldə etməlidir. Belə bir baryerin qoyulması gənclərin tenologiyaya həvəsini nə dərəcədə artıra bilər? 

Nə qədər qəribə olsa da, “Teknofest” kimi böyük tədbirə hazırlaşan ölkəmizdə adi mülki dronların dövriyyəsinə icazə qaydası hansısa silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurları ilə eynigüclüdür.

Azərbaycanda bu sahədə çalışan ekspertlər də düşünürlər ki, bu qədər qurumdan icazə almağa ehtiyac olmamalıdır. Yaxud da, bu səlahiyyət sadalanan qrumlarla koordinasiyalı fəaliyyət göstərən Xüsusi Dövlət Mühafizə Xidmətinə verilməlidir.

Qeyd edək ki, Prezident Fərmanı ilə informasiya təhlükəsizliyi sahəsində kordinasiya səlahiyyətləri Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib. Bu səbəbdən də dronları ölkəyə gətirmək üçün XDMX, icazə verən vahid bir qurum kimi məqbul hesab edilə bilər.  

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək “Teknofest Azərbaycan” tədbiri çərçivəsində, 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Elnur Ənvəroğlu 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı