Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin ümumi parklanma Baş Planı hazırlanıb.
Ednews xəbər verir ki, məlumatı Bakı Nəqliyyat Agentliyini (BNA) yayıb.
Məlumata görə, həmin plana uyğun olaraq əhalinin yerləşdiyi, işlədiyi və gecə qaldığı əsas işlək küçələrə uyğun şəkildə qiymət tarifi hazırlanıb. Tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir.