Musa Qasımlı Ramiz Mehdiyevi ifşa etdi Hər şeyi açıb-tökdü

Cəmiyyət 16:03 11.02.2022

“Çox təəssüf edirəm ki, akademiya prezidenti vəzifəsində olan şəxs bu qədər cılızlığa əl ataraq, təkcə məni deyil, digər deputatları da təhqir etdi. Mən Ramiz Mehdiyevin səviyyəsinə enmək istəmirəm. Amma bəzi gerçəklikləri söyləməyi vacib hesab edirəm. Mən Ramiz Mehdiyevi istefaya çağıran AMEA-nın həqiqi və müxbir üzvləri arasında ilk şəxsəm. Öz yazımda Ramiz Mehdiyevin şəxsiyyətinə qətiyyən toxunmamışam. AMEA-dakı problemləri, gənclərin elmdən getməsini, doktorantura və dissertanturaya yerlərin boş qalmasını, əlaqələndirmə şuralarını ləğv edib, öz əlində cəmləşdirib, adamlarını yığmasını, institutların hesabatına institut rəhbərlərinin çağırılmamasını akademiyada yaratdığı intriqa, dedi-qodu mühitini demişəm. Bundan da çıxış yolu kimi Ramiz Mehdiyevi istefaya səsləndirmişəm. Bu gün akademiyada nəsillər arasında əlaqə qırılır. Bir neçə il sonra biz Azərbaycan elminin tamamilə məhvini görəcəyik”.

Ednews xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib.

Deputat bildirib ki, bu iradlarının cavabında görün, Ramiz Mehdiyev nə yazır?!

“Yazır ki, guya mən Musa Qasımlı zamanında Ramiz Mehdiyevin kitab təqdimatlarında onun ünvanına, kitablarına təriflər demişəm. Hörmətli oxucular üçün aydınlıq gətirirəm. 2006-cı ildə Ulu Öndər haqqında kitabım nəşriyyata gedərkən Ramiz Mehdiyev tərəfindən mənə zəng edildi. Dedilər, Ramiz Mehdiyev istəyir ki, sizin kitabınıza elmi məsləhətçi olsun. Mən o zaman Bakı Dövlət Universitetində sadə bir professor idim. Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri və akademik idi. Soruşuram, mənmi Ramiz Mehdiyevdən xahiş etdim, yoxsa o məndən?

Mən indiyə qədər Ramiz Mehdiyevin heç bir kitabında rəyçi olmamışam. Ramiz Mehdiyev öz xahişi ilə mənim həmin kitabıma elmi məsləhətçi olub. Ramiz Mehdiyevin kitablarının təqdimatında onun tutduğu siyahı ilə çıxışlar olub. Mən istəsəm belə onun kitablarının təqdimatında çıxış edə bilməzdim. Ramiz Mehdiyev mənim çıxış etməyimi özü istəyib. Mən çıxışlarımın, yazdığım yazıların arxasında dayanıram. Mən Ramiz Mehdiyevi dövlətin adamı olaraq qəbul etmişəm və heç vaxt bəlli çərçivələri keçməmişəm. Ramiz Mehdiyev məni əqidə yoldaşlarımdan asanlıqla imtina etməkdə suçlayıb. İndiyə qədər yalnız bir partiyanın – Müsavat Partiyasının üzvü olmuşam. 2003-cü ilin oktyabrında qarma-qarışıqlığa, anarxiyaya, xaosa etiraz olaraq istefa vermişəm. Bu gün də ölkədə xaos, anarxiya və qarışıqlığın əleyhinəyəm. Ramiz Mehdiyev nə istəyirdi? İstəyirdi ki, xaos, anarxiya davam etsin? Bu özünə dövlət adamı deyən bir şəxsə yaraşmır. Mən soruşuram, Ramiz Mehdiyev Kommunist partiyasının üzvü olub, oradan çıxıb? O çıxmamışdan əvvəl Əbdürrəhman Vəzirov Azərbaycana gələndə, oxumamışam, görməmişəm, amma deyirlər, Ramiz Mehdiyev Heydər Əliyevin əleyhinə məqalələr yazıb. Yalnız Əbdürrəhman Vəzirov onu azad edəndən sonra mövqeyi dəyişib. Nə üçün ən çətin anlarda “91-lər”in cərgəsində olmadı? Yeni Azərbaycan Partiyasının sıralarına niyə qoşulmadı? Ramiz Mehdiyev məni cildi dəyişməkdə, şəxsi maraqlarımı güdməkdə ittiham edir. Siz özünüz deyin, cildini dəyişən Musa Qasımlıdır, yoxsa cilddən-cildə girən Ramiz Mehdiyevdir? Mən mövqeyi aydın, konkret və birmənalı olan şəxsəm. Ramiz Mehdiyev yazır ki, Musa Qasımlı deputat vəzifəsinin imkanlarından istifadə edərək, övladlarını yüksək maaşlı dövlət orqanlarına işə düzəldib. Mən ona bildirmək istəyirəm ki, övladlarım cəbhə bölgəsində xidmət ediblər, biri zabit kursunu bitirib, hər ikisi rütbə daşıyır. Mənim övladımın biri üç nəfərlik ailəsi ilə bir otaqlı mənzildə, 57 kvadratmetrlik taxta döşəməli evdə yaşayır. O biri isə dörd nəfərlik ailə üzvü ilə birlikdə iki otaqlı mənzildə yaşayır. Mən Ramiz Mehdiyevdən soruşuram, sənin oğlun harada xidmət edib?  Hansı biliyin sahibidir ki, Milli Təhlükəsizlik Nazirliyində, Xarici İşlər Nazirliyində, Miqrasiya Xidmətində və Fövqəladə Hallar Nazirliyində xidmət edib? Ramiz Mehdiyev, oğlun hansı keyfiyyətlərinə görə nazirlikləri gəzir?

Övladlarımın biri 2008-ci ildə işə düzəlib, mən onda BDU-da sadə bir professor idim. İkinci oğlum 2010-cu ildə işə düzəlib. Həmin il deputat seçilmişəm, amma seçkilər bu hadisədən sonra olub. Ramiz Mehdiyev, sənin övladın vəzifələrə necə gedib?

Ramiz Mehdiyev qırmızı cizgiləri keçib. O haqqımda yazır ki, Azərbaycan elminə bir xeyri dəyməyən insanlar... Kitabıma məsləhətçi olmağı xahiş edəndə mən böyük tarixçi-alim idim, indi elmə xeyri dəyməyən adam oldum? Bu sözlərini nə tez unutdun? Kitablarımın təqdimatında çıxış elə, kitablarım hörmətə minəcək deyirdin. Mən dünyanın yeddi ölkəsinin arxivində işləmişəm, kitablarımı özüm yazmışam, yaxşısı da, pisi də mənimdir. Soruşuram, Ramiz Mehdiyevin kitablarını kim yazıb?  Ona şəxsi savaş açmamışam. Bu gün masamın üstündə 6 nəfər gəncin CV-si var. Onlar erməni və gürcü dillərini bilirlər. Mən dəfələrlə müraciət etmişəm, Ramiz Mehdiyev onları Qafqazşünaslıq İnstitutunda işə götürməyə imkan verməyib, əvəzində mənə “filankəsi işə götür” deyib, təzyiq edib. Aparat rəhbərinə cavabımı demişəm ki, həmin istedadlı gəncləri 4 ildir işə götürməyə icazə vermirsiniz, magistratura bitirməyən, elmə həvəsi olmayan bir şəxsi necə göndərirsiniz?

İstəyirsiniz, institutda mühasibatlığa, kadrlar şöbəsinə, ümumi şöbəyə öz adamınızı göndərin, hətta sürücünü də öz adamınız təyin edin. Amma elmi işçiləri mən götürürəm. Mən yox dediyim üçün sən məni təhqir edirsən? Mənim aldığım tərbiyə bu sözləri deməyə imkan vermir.

Ramiz Mehdiyev Akademiyaya gələndən sonra Qafqazşünaslıq institutu dağılmağa başlayıb. Erməni və gürcü dilini bilən gənclər çıxıb, gedirlər. O gənclər bir də nə zaman yetişəcək? Ramiz Mehdiyevin bu hərəkəti Azərbaycanın dövlət, milli maraqlarına nə dərəcədə uyğundur? Mən kitablarımın hər cümləsinə cavabdehəm. Ramiz Mehdiyev kitabından bir cümləsini desin. Bu gün Ramiz Mehdiyev Azərbaycan elminə ləkədir. Akademiyanın müqəddəs divarlarının içərisində olmağa layiq deyil. Onun mənim haqqımda dediyi sözlər bilavasitə özünə aiddir. Mən öz zəhmətimlə gəlmişəm və bu dövlətə qulluq edirəm.

Bəzən bizdə soruşurlar ki, Azərbaycan mətbuatı nə üçün söyüşlə danışır? İndi sizə məlum oldumu ki, 30 ilə yaxın müddətdə Azərbaycan cəmiyyətinə söyüşü, təhqirləri gətirən kimdir? Bu Ramiz Mehdiyevdir. Onun dünənki yazısındakılar Akademiyanın prezidentinə, özünə akademik deyən şəxsə yaraşırmı?

Məni iki dəfə Akademiyanın müxbir üzvü seçilməyə qoymadılar, gəlib dedilər ki, filankəs qoymur. Ramiz Mehdiyev, sən necə oldu ki, akademiyanın müxbir üzvü seçilmədən, akademik seçildin? Hansı kitabına görə?

Beynəlxalq reytinqlərə baxsın. Mənim əsərlərimə təkcə keçən il dünyanın 10-a yaxın ölkəsində 29 iqtibas edilib. Ramiz Mehdiyev AMEA-nın prezidentidir, özünü akademik sayır, görsün onun kitablarına neçə iqtibas olub? Görsün Ramiz Mehdiyevin kitabları nə qədər oxunur?

Ramiz Mehdiyevin mənim elmim, biliyim və tərbiyəm haqqında danışmağa haqqı yoxdur. Dedikləri bilavasitə onun özünə aiddir”.

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir
15:14 11.05.2024
Azərbaycan lideri: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq - VİDEO
15:12 11.05.2024
Prezident “Xarıbülbül” Festivalının açılışında ÇIXIŞ EDİB – VİDEO
15:00 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak ediblər
14:50 11.05.2024
Azərbaycan müdafiə nazirinin müavini ehtiyata buraxılıb
14:40 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblar
14:30 11.05.2024
İlham Əliyev: Şuşa bu şərəfli ada layiq görülüb - VİDEO
14:23 11.05.2024
Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək
14:15 11.05.2024
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
14:02 11.05.2024
Hamısı